Bazar ertəsi, 02 Aprel 2012 17:34

“Eurovision” müsabiqəsi üçün ayrılan London taksilərin Bakıdakı cəmi sayı açıqlandı

 

May ayında Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsində turistlər üçün 500 ədəd taksi ayrılacaq. Bu barədə Gün.Az-a açıqlamasında “Bakı Taksi” MMC şirkətinin direktoruİlqar Qasımov məlumat verib.  Onun sözlərinə görə, bu barədə artıq müsabiqə təşkilatçıları ilə razılaşma olub. 
“Hazırda Azərbaycana əvvəlki 3 partiyada 500 avtomobil gətirilib. Bunların hələ 80 ədədi qarajdadır. Sonuncu partiyanın taksiləri də artıq gətirilməyə başlayıb və onların da 330 ədədi artıq Bakıdadır. Digər 170 ədədi isə bu günlərdə Türkiyədən yola düşəcək və 10 gün ərzində Bakıda olacaq”, – deyə, İ.Qasımov bildirib. Şirkət direktoru qeyd edib ki, qarajda olan taksilərin icarəyə verilməsi və şirkətlərə satılması üçün də danışıqlar aparılır.

 

 

Şərh yazın