Cavab. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 9 fevral tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət Əmək Müfəttişliyinin Əsasnaməsinin 10.1 və 10.2-ci maddələrinin tələblərinə uyğun olaraq Dövlət Əmək Müfəttişliyi nəzarət dairəsinə daxil olan və ya nəzarət dairəsinə daxil olmasını müəyyən etmək üçün müəssisəyə əvvəlcədən xəbərdarlıq etmədən və sutkanın istənilən vaxtında maneəsiz daxil olmaq, səlahiyyətləri daxilində hər hansı sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq, surətini və ya ayrı-ayrı yerlərindən çixarışlar etməyi işəgötürəndən tələb etmək hüququna malikdir