Ödənişsiz məzuniyyətin maksimum müddəti nə qədər olmalıdır?
Sual: “Əmək münasibətləri: A-dən Z-yə” kitabında qeyd etmisiniz ki, Əmək Məcəlləsinin (ƏM) 130-cü maddəsinə əsasən ailə, məişət və başqa sosial məsələri həll etmək üçün işçilərə 7 təqvim gününədək ödənişsiz məzuniyyət verilir. ƏM-də həmçinin, ödənişsiz məzuniyyətin müddəti 6 ay müəyyənləşdirilib. Onda bunu əsas tutaraq işçiyə 2 aylıq ödənişsiz məzuniyyət vermək olar, yoxsa müddət 7 günü keçməməlidir?
Esmira Əhmədova
Cavab: Ödənişsiz məzuniyyətlər barədə Əmək Məcəlləsinin 130-cu maddəsində qeyd olunub. Məcəllənin 130-cu maddəsi işçinin xahişi ilə işəgötürən tərəfindən təmin olunmalı ödənişsiz məzuniyyətlərdən bəhs edir. Həmçinin, 129-cü maddədə yazılıb ki, işçi ilə işəgötürənin razılığı ilə 6 aydan çox olmayan müddətdə işçiyə ödənişsiz məzuniyyət verilə bilər. İşçinin ona hər hansı bir hal üçün 2 aylıq ödənişsiz məzuniyyət verilməsi xahişi ilə işəgötürənə müraciət etmək hüququ var. Belə hallarda mütləq işəgötürənin razılığı lazımdır. Əgər işəgötürən razı olarsa, işçiyə 2 ay müddətinə ödənişsiz məzuniyyət verilə bilər. Bu prosesin rəsmiləşdirilməsi qaydası isə adını çəkdiyiniz kitabda qeyd olunub.
2 Komment
Səyavuş Əliyev 19 May 2023
Salam.İşcinin ərizəsi olmadan,işə götürən məcburən işcini öz hesabına məzuniyyətə göndərə bilərmi?Əgər olarsa hansı müddətə qədər bu məzuniyyət olmalıdır.Öncədən minnətdaram.
Fariz 01 İyun 2023
Salam.İşcinin ərizəsi olmadan,işə götürən məcburən işcini öz hesabına məzuniyyətə göndərə bilərmi?Və bu halda əmək haqqı necə hesablanacaq?
Şərh yazın