İşçiyə hansı hallarda töhmət vermək olar?

İşçiyə hansı hallarda töhmət vermək olar?

Sual: Salam. “Əmək munasibətləri: A-dan Z-yə” kitabin aldim, cox praktik kitabdir, təşəkkür edirəm. Mənim sualım ondan ibarətdir ki, işçiyə hansı hallarda və müddətlərdə töhmət vermək olar?
Anar Həsənli

Cavab: Təcrübədə belə hallara tez-tez rast gəlinir. Sualınızı cavablandırmaq üçün əvvəlcə Əmək Məcəlləsinin müvafiq maddəsinə baxaq.
Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:
a) töhmət vermək;
b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtiilə cərimə etmək;
ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Göründüyü kimi, işəgötürən işçiyə 186-cı maddənin a, b, c, ç, bəndlərində nəzərdə tutulan 4 inzibati tənbehdən birini tətbiq edə bilər. Maddədə hətta əmək müqaviləsinin ləğvi də nəzərdə tutulub. Qanunda yazılmır ki, işçi əmək funksiyasını pozan zaman ona birinci dəfə töhmət verilsin və yaxud işdən azad edilsin.
İşəgötürən işçiyə bu tənbehlərdən hər hansı birini tətbiq edə bilər. Amma burada bir məsələ var. İşəgötürən bu tənbehləri tətbiq edən zaman 186-cı maddənin 3-cü hissəsində olan halları nəzərə almalıdır: Birincisi, işçinin şəxsiyyətini, ikincisi, nüfuzunu, üçüncüsü, peşəkarlıq səviyyəsini, ən əsası isə törətdiyi xətanın xarakterini.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər