Əsas vəsaitlərin amortizasiyası necə hesablanır və sənədləşmə necə aparılmalıdır?
Sual: - Təşkilatın əsas vəsati kompyuter xarab olub.Məlum olub ki, həmin kompyuterin düzəldilməsi üçün sərf olunacaq məbləğ həddən artıq böyükdür. Buna görə təşkilat həmin əsas vəsaiti balansdan silməyi qərara alıb. Bunun üçün hansı sənədləşmələr həyata keçirilməlidir? Kompyuterin düzəlməsinin mümkün olmaması haqqında rəsmi sənədə ehtiyac var? Ümumiyyətlə, əsas vəsaitlər qanuna uyğun olaraq hansı hallarda köhnəlmə məbləği nəzərə alınaraq balansdan silinə bilər. Bu silinmə zamanı təşkilatın hansısa sənədləşmələr aparmasına ehtiyac varmı?
Ramiz Əliyev
Cavab: - Əsas vəsaitlərin balans dan silinməsi Milli Mühasibat uçotu standartlarına və Vergi Məcəlləsinə əsasən, bir çox hallarda həyata keçirilə bilər. Onlardan biri də əsas vəsaitin təmirinin təşkilat üçün istisadi cəhətdən səmərəli olmamasıdır. Sizin qeyd etdiyiniz kimi kompyuterin təmiri təşkilat üçün səmərəli olmayacaqsa, təmirdən sonra məhsuldarlığı xeyli aşağı düşəcəksə, balansdan silinmə mümkündür. Bunu təşkilat özünün daxili bir qüsur aktı ilə də rəsmiləşdirə bilər, kənardan - ixtisaslaşmış şirkətdən alınan arayışla da. Aktla rəsmiləşdirmə kifayətdir, arayışın alınması məcburi deyil. Milli Mühasibat uçotu standartlarına əsasən, hər hansı əsas vəsait istismara veriləndən sonra onun faydalı istifadə müddəti müəyyənləşdirilməlidir. Əsas vəsaitin amortizasiyası üç metodla hesablanıla bilər.
Xətti metod, qalıq dəyərinin azalması və istehsal vahidinə görə amortizasiyanın hesablanılması. Praktikada əsasən birinci iki metoddan istifadə olunur. Vergi Məcəlləsi baxımından amortizasiya qalıq dəyərinin azalması metodu ilə hesablanılır. Hər kateqoriyaya uyğun olaraq əsas vəsaitlərin amortizasiya dərəcəsi var. Məsələn, kompyuterlər üçün bu dərəcə 25%-dir. Məsləhət görərdim ki, həm mühasibat və həm də vergi uçotu üçün bu metodu seçəsiniz. Vergi Məcəlləsinə əsasən, əsas vəsaitlər amortizasiya olunduqdan sonra qalıq dəyəri 100 (01 yanvar 2013-cü ildən 500 manatdan - Redaksiyadan) manatdan və ya ilkin dəyərin 5%-dən az qalmışsa, artıq həmin əsas vəsait tam olaraq balansdan silinməlidir və xərclərə aid olunmalıdır. Məsələn, tutaq ki, Kompyuterin ilkin dəyəri 500 manatdır. - birinci ildə amortizasiya 500*25% = 125 manat - ikinci ildə amortizasiya (500-125) * 25% = 93,75 manat - üçüncü ildə amortizasiya (500-125-93,75) * 25% = 70,31 manat - dördüncü ildə amortizasiya 210,94 * 25% = 52,74 manat - beşinci ildə amortizasiya 158,20 * 25% = 39,55 manat - altıncı ildə amortizasiya 118,65 * 25% = 29,66 manat. Yeddinci ildə qalıq dəyəri 88,99 (118,65-29,66) manat (100 manat- dan aşağı) olduğundan məbləğ tam olaraq silinməlidir. Əsas vəsaitin balansdan silinməsi üçün komissiya yaradılmalı, silinmə aktı tərtib olunmalı və sonda ləğvetmə aktı ilə ləğv olunmalıdır. Bir məqamı da nəzərdə saxlamalıyıq ki, bu tip əsas vəsaitlər fiziki köhnəlmədən çox, mənəvi köhnəlməyə məruz qalırlar. Kompyuterlər ildən-ilə təkmilləşdirilir. Mənəvi cəhətdən də köhnəlmiş əsas vəsaitləri qeyd etdiyim formada aktlarla silmək olar. Sadəcə, sənəddə onların mənəvi cəhətdən köhnəlməsi göstərilməlidir. Bu zaman onların dəyəri mühasibat uçotu baxımından xərcə silinə bilər, amma vergi uçotu baxımından məsləhət görərdim ki, sərəncamda qalan mənfəətə siləsiniz.
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
--------------------------------------------------------------------------------------------------------------------
1 Komment
qüdrət 11 Fevral 2021
salam əsas vəsaitlər necə hesablanır
Şərh yazın