Çərşənbə, 21 Dekabr 2011 11:43

Əsas, əvəzçilik və kollektiv müqavilə formalarının fərqləri nədir?

Sual: Əsas, əvəzçilik və kollektiv müqavilə formasında imzalanılır? Əvəzçilik üzrə bağlanılan müqavilə digərlərindən nə ilə fərqlənir?
Cavab: Sualınıza cavab olaraq ilk növbədə onu qeyd etməyi vacib bilirəm ki, əmək müqaviləsi əsas və ya əvəzçilik əmək müqaviləsi adlandırıla bilməz. İşçinin əsas və ya əvəzçiliklə çalışdığı iş yeri ola bilər. İşçi əsas və ya əvəzçiliklə çalışmasından asılı olmayaraq əmək müqaviləsi məcəllədə göstərildiyi kimi eyni formada tərtib olunmalıdır. Demək istəyirəm ki, hər iki halda məcəllədə tələb olunan şərtlər müqavilədə tətbiq olunmalıdır. Burda bircə fərqli məqam var ki, o da iş vaxtı ilə bağlıdır. Əmək Məcəlləsinə əsasən, gündəlik iş vaxtı 8 saatdan, həftəlik iş vaxtı isə 40 saatdan çox ola bilməz. Əvəzçiliklə işəyən işçi üçün isə iş vaxtı bu müddətin yarısından çox olmamalıdır. Az ola bilər. Kollektiv müqavilə isə işəgötürənlə əmək kolektivi, həmkarlar ittifaqı arasında bağlanan müqavilədir. Sadə dillə desək, kollektiv müqavilə əmək müqaviləsinin kollektiv şəkildə bağlanmış formasıdır. Belə müqavilələr əsasən iri müəssisələrdə bağlanılır. Böyük müəssisələrdə işçilər özlərinin həmkarlar təşkilatını yaradırlar. Bu təşkilat isə işəgötürən tərəfindən işçilərin hüquqlarının pozulmasına yol verilməməsi və digər məsələlərlə məşğul olur. Artıq işəgötürənlə individual şəkildə işçilər yox, kollektiv formada həmkarlar təşkilatı müqavilə bağlayır. Həmkarlar təşkilatlarının fəaliyyəti isə konkret qanunvericiliklə tənzimlənir.

Şərh yazın