"ƏMAS”-da daha bir yenilik: İşəgötürənlər üçün “İş yerlərinin zərərliliyinin attestasiyası” altbölməsi yaradılıb

"ƏMAS”-da daha bir yenilik: İşəgötürənlər üçün “İş yerlərinin zərərliliyinin attestasiyası” altbölməsi yaradılıb

Dövlət Əmək Müfəttişliyi Xidmətinin açıqlanmasına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) daha bir yeni funksionallıq istifadəyə verilib.

Belə ki, yeniliyə əsasən, işəgötürənlər iş yerlərində həyata keçirdikləri attestasiyanın nəticələrinə dair sənədlərin surətlərini Dövlət Əmək Müfəttişliyi Xidmətinə təqdim etməklə yanaşı, həmin sənədlərdə qeyd edilmiş məlumatları ƏMAS-da “Rəsmi yazışmalar” bölməsindəki “İş yerlərinin zərərliliyinin attestasiyası” alt bölməsinə daxil edə bilərlər.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən işəgötürənlər müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməli və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 10 iş günü müddətində Dövlət Əmək Müfəttişliyi Xidmətinə təqdim etməlidirlər.

Məlumat üçün bildirək ki, MKS Academy tərəfindən 12 aprel 2025-ci il tarixdə onlayn və əyani formada "Əmək müqaviləsinə xitam, ƏMAS-da son yeniliklər və iş yerlərinin attestasiyası" mövzusunda keçirilən tematik təlimdə iş yerlərinina attestasiyası ilə bağlı qanunvericiliyin tələbləri ilə yanaşı ƏMAS altsistemində müvafiq bölmənin doldurulması prosesi izah edilib. Növbəti tematik təlim 26 aprel 2025-ci il tarixdə həyata keçiriləcək. İştirak üçün 050-368-12-72 saylı telefonla və ya [email protected] email adressi ilə əlaqə saxlamaq lazımdır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2025

2.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 

3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
4.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər