DƏMX rəisindən Qarabağda fəaliyyət göstərən isəgötürənlərlə bağlı vacib açıqlama

DƏMX rəisindən Qarabağda fəaliyyət göstərən isəgötürənlərlə bağlı vacib açıqlama

Vəli Quliyev:  "... İşçi istəməsə və ya işəgötürən narazı qalsa, əmək müqaviləsinə xitam verilə bilər"

İşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən sahibkarlar işçinin iş icazəsini almazdan öncə əmək müqaviləsi ilə rəsmiləşdirmə aparmalıdırlar.

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev nazirliyin və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə sahibkarlarla baş tutan görüşdə deyib.

Onun sözlərinə görə, bir çox sahibkar işçinin işə qəbul olunmasından əvvəl iş icazəsi alır: "Bu da problemə səbəb olur. İş icazəsi sırf fəaliyyət üçündür. Onsuz da sınaq müddətində işçi ilə əmək müqaviləsi imzalanır. Sahibkarlar həmin müqavilədə sınaq müddəti təqdim edə və ya qısamüddətli əmək müqaviləsi bağlaya bilərlər. Bundan sonra işçi iş yerindəki fəaliyyətlə tanış ola bilər. İşçi istəməsə və ya işəgötürən narazı qalsa, əmək müqaviləsinə xitam verilə bilər".

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
3. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr
4. Vergi uçotu A-dan-Z-yə - VII nəşr
5. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
6. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
7.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Xəbərlər