YENİ DƏYİŞİKLİK! Əsas və əlavə iş yerləri üzrə işləyən işçilərə hesablanan müavinətin ödənilməsi qaydası dəyişdirildi (1-ci yazı)

YENİ DƏYİŞİKLİK! Əsas və əlavə iş yerləri üzrə işləyən işçilərə hesablanan müavinətin ödənilməsi qaydası dəyişdirildi (1-ci yazı)

Baş Nazirin qərarı ilə müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnaməyə ciddi dəyişikliklər həyata keçirilib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun imzaladığı 14 mart 2024-cü il tarixli, 158 saylı qərarı ilə “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarına ciddi dəyişikliklər edilib.

Mks.az saytının ekspertləri həmin dəyişikliklərin izahları silsilə yazılarla həmkarlarımıza təqdim edir. Qeyd edək ki, mart ayının sonlarında dərc olunacaq “Əməyin uçotu: A-dan Z-yə” kitabında da əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı ayrıca bölmə hazırlanaraq həmkarlarımızın ixtiyarına veriləcək.

Dəyişikliklərlə bağlı ilk yazımızda 189 saylı qərara edilən önəmli dəyişiklik haqqında məlumat vermək istəyirik. Əsasnamənin 41-ci bəndi işçinin əsas iş yeri ilə yanaşı əlavə olaraq başqa işəgötürəndə çalışmasını halında müavinətin hesablanmasını tənzimləyirdi. Dəyişikliyə qədər, Əsasnamənin 41-ci bəndinə əsasən, işçi əsas iş yerindən əlavə başqa müəssisədə də müqavilə üzrə işləyirsə, bu zaman müavinət işçinin hər iki iş yerində aldığı ümumi qazancın əsasında hesablanır və əsas iş yerində müəyyən olunmuş stavkanın ikiqat məbləğindən artıq olmamaq şərti ilə ödənilir.

Misal üçün, işçi əsas iş yerində 500 manat əmək haqqı alırdısa, əlavə iş yerində əmək haqqısı 400 manat təşkil edirsə, o zaman yalnız əsas iş yeri işəgötürən tərəfindən işçiyə ilk 14 günə hesablanan müavinəti hər iki iş yeri üzə  əmək haqqı gəlirləri nəzərə alınmaqla həyata keçirilirdi. Sadəcə yeganə məhdudiyyət ondan ibarət idi ki, işçinin əlavə iş yeri üzrə gəliri əsas iş yerində müəyyən olunmuş stavkanının ikiqat məbləğindən artıq olmamaqla müavinət hesablanması həyata keçirilməlidir. Yəni, işçinin əlavə iş yerində əmək haqqısı 1200 manat olarsa, o zaman əsas iş yeri haqq-hesab cədvəlində 1 000 manatdan (500 manat (əlavə iş yeri üzrə əmək haqqı) x 2 misli) çox olan hissəni nəzərə alınmırdı.

Əsasnamənin 41-ci bəndi ilə bağlı ciddi narazılıq ondan ibarətdir ki, əsas iş yeri üzrə işəgötürən özü tərəfindən ödənilən müavinətin ilk 14 təqvim gününə düşən hissəsində həm də əlavə iş yeri üzrə əmək haqqı gəlirlərini də nəzərə alaraq hesablamaları həyata keçirilməli idi. Bu cür hesablama əsas iş yeri üzrə işəgötürənin işçi ilə bağlı əlavə maliyyə xərcinin formalaşmasına səbəb olurdu.  Qeyd edək ki, Əsasnaməninin 1.1-ci bəndinə əsasən,  əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir.

Qeyd edilən narazılıqları yaranmaması üçün  Əsasnnamənin 41-ci bəndi yeni redaksiyada təsdiq edilib. Yeni redaksiyaya əsasən, Sığortaolunan əsas iş yerindən əlavə başqa iş yerində (yerlərində) muzdlu işə aid olan fəaliyyətdən qazanc əldə edərsə, bu zaman müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün sığortaedənlər tərəfindən hər bir iş yerindəki qazancı əsasında ayrı-ayrılıqda hesablanır və ödənilir. Qalan günlər üçün isə müavinət sığortaolunanın həm əsas, həm əlavə iş yeri (yerləri) üzrə ümumi qazancı əsasında hesablanır və məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Maddənin tələblərindən göründüyü kimi, əsas və əlavə iş yerində çalışan işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında ilk 14 təqvim günü üçün  müavinətlərin hesablaması hər iş yeri üzrə ayrıca aparılmalıdır.

Misal.  İşəgötürənlər tərəfindən işçiyə əsas iş yerində 500 manat və  əlavə iş yerində 400 manat əmək haqqı hesablanır. İşçi 20 gün müddətində əmək qabiliyyətini müvəqqəti itirib. Dəyişikliyə qədər, əsas iş yeri üzrə işəgötürən ilk 14 təqvim günə düşən 900 manat (500 manat (əsas iş yeri üzrə) + 400 manat (əlavə iş yeri üzrə)) üzrə müavinətlə bağlı hesablamaları həyata keçirirdi. Qalan 6 gün üzrə ödənişləri də DSMF həyata keçirirdi. Dəyişiklikdən sonra ilk 14 təqvim gününə düşən dövr üçün əsas və əlavə iş yeri üzrə müvafiq olaraq 500 və 400 manatlıq əmək haqqı gəlirləri üzrə müavinətləri ayrıca hesablayaraq ödənişini həyata keçirilməlidir. Yəni, artıq əsas iş yeri üzrə işəgötürən əlavə iş yeri üzrə əmək haqqı gəlirlərini müavinətin hesablanmasında nəzərə almayacaq. Misalımıza uyğun olaraq,  DSMF tərəfindən ödənilən 6 gün (20 gün – 14 gün) üzrə müavinət üzrə hesablamalar üzrə hər iki iş yeri üzrə əmək haqqı gəlirləri üzrə həyata keçiriləcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Mart ayından satışda

8. Əmək Bələdçisi - 2024 - May ayından satışda

9. Əmək Platforması - 2024 - Aprel ayından satışda

10.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Mart ayından satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

1 Komment

  1. Irada Mikayilova 22 Mart 2024

    Salam, 5 kitabı almaq istəyirdim. Nevcə əldə edim? 1. A-dan Z-yə: Kargüzarlıq 2. Əmək Qanuvericiliyi Toplusu 2023 3. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr) 4. Əmək Platforması - 2024 5. Əmək Bələdçisi - 2024

Şərh yazın

Xəbərlər