
Vakansiya! ANS Şirkətlər Qrupundan iş elanı
Əmək haqqı 1400-2000 azn
Şirkət – ANS Şirkətlər Qrupu
Vəzifə - İnsan Resursları üzrə menecer
Bilməlidir:
- Sahə üzrə Qanunvericliyi və hüquqi normativ aktları
- AR Əmək məcəlləsini
- AR Əmək bazarını
- Personalın qiymətləndirmə sistem və metodlarını
- Kadrların profesionallığını və karyera analiz metodlarını
- Kadr ucotu, lazımi hesabatların hazırlanma qaydasını
- Kardların işndə muasir texnologiyaları
- Sosiologiya, psixologiya və əməyin təşkilinin əsasının bilməli
- Əməyin muavizəsi qayda və normalarını
İşin təsviri:
- AR-nın Əmək Məcəlləsinə, əsasnaməyə, təlimatlara və direktorun əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi və işdən azad edilmələrinin vaxtında rəsmiləşdirilməsi və həyata keçirilməsinə nəzarət.
- Əmək muqavilələrin hazırlanması, daxili əmrlərın hazırlanamsına nəzarət
- Təşkilatı struktur və vəzifə təlimatlarının hazırlanamsına nəzarət
- Kadrların ixtisas, şəxsi və işgüzar keyfiyyətləri qiymətləndirilərək müvafiq struktur bölmələrdə düzgün yerləşdirilməsi və onların əməyinin istifadə olunmasına nəzarət.
- İşcinin secimi, orientasiyası, adaptasiya və attestasiyasına nəzarət
- İşçi heyətin motivasiyası üçün materialların hazırlanması.
- İşçilərin intizam məsuliyyətinə cəlb olunması üçün materialların hazırlanması.
- İşçilərin ixtisasartırma daxili təlimlərin həyata keçirilməsi.
- Kadrlar işi üzrə Vergilər Nazirliyinin əmr, sərəncam və göstərişlərini icra etmək;
- Kadrlar üzrə hesabatların tərtib və tələb olunan yerə vaxtında təqdim edilməsinə rəhbərlik edilməsi.
- Kadrlar üzrə müfəttişlərin işinə rəhbərlik edilməsi və onların işinin istiqamətləndirilməsi
Tələblər:
- Ali təhsil
- AR əmək məcəclləsini bilməli
- İR şöbə müdiri vəzifəsində minimum 3 il iş təcrübəsi
- Yaş həddi (25-40)
- Yüksək dil bilikləri qabiliyyəti (Azərbaycan-əla, Rus-əla, İngilis- preintermadiate)
- Kompyuter biliklərinə sahib olmaq (MS Office, 1C)
- Yüksək idarəçilik qabiliyyətinin olması
- Əmək haqqı: 1400-2000 azn
Dəyərli Namizədlər CV-lərinizi [email protected] ünvanına (Yalnız “İnsan Resursları üzrə menecer ” başlığıyla) göndərməyinizi xahiş edirik.
E-mail: [email protected]
Mənbə jobsearch.az
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın