
Vakansiya! AGBank-dan yeni iş elanı
Ali təhsil mütləqdir.
Vəzifə: Elektron satışa dəstək şöbəsi - Mütəxəssis
İşəgötürən: AGBank
Tələblər:
• Təhsil: Ali təhsil.
• İş təcrübəsi: Bankda və ya prosessinq mərkəzində minimum 2 il.
• Biliklər(dil, kompyuter proqramları və s.): Azərbaycan, İngilis və Rus dili bilikləri; Microsoft Word/Excel/Outlook
• Tələb olunan bilik və bacarıqlar: Kart vasitəsi ilə keçirilmiş etiraz əməliyyatlarına dair işlərin aparılması(chargeback). Kart məhsulları bazarı və ödəniş sistemləri haqda biliklər
Vəzifə öhdəlikləri:
Plastik kartların çap edilməsi.
İstehsal olunmuş kartların növü və sayı üzrə aktların tərtib olunması və filiallara göndərilməsi.
Pin-zərflərin qəbulu və filiallara göndərilməsi.
Qeyri-ödəniş kartların siyahının aparılması.
Bankomatlarda qalmış plastik kartların çıxarılması, onların statusunun yoxlanılması və statusa uyğun olaraq tədbirlərin görülməsi.
Gün ərzində sifariş olunan kartlar, bağlanan hesablar və avtorizasiya olunan kredit xətlər üzrə məlumatların “AzeriCard” prossesinq mərkəzinə göndərilməsi.
Gündəlik “payment”-lərin və balansın "AzeriCard" prossesinq mərkəzinə göndərilməsi
Balansdankənar məxaric orderlərin yazılması və kassaya təhvil verilməsi (şöbə müdiri məzuniyyətdə və ezamiyyətdə olanda).
Sifariş olunmuş qeyri-ödəniş kartların siyahısının hazırlanması və çapa göndərilməsi.
Embosserin dəstəklənməsi və onun təmirinin təmin edilməsi.
Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası
Görülən işlərin prosedur və təlimatlara uyğun görülməsi
Şirkətə aid məlumatın məxfiliyinin görünməsı
Password-ların gizli saxlanılması
Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması
İş şəraiti:
• İş yeri - AGBank-ın mərkəzi ofisi
• Həftədə 5 iş günü (09:00 – 18:00) fasilə (13:00-14:00)
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Mehriban kollektiv və karyera inkişafı imkanları
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi (anketlərinizi) [email protected] emailinə göndərməyiniz xahiş olunur. Əlaqəli şəxs – Şəfiqə Məmmədzadə.
Mövzuda – Elektron Satışa Dəstək (Mütəxəssis) adını qeyd etməyiniz xahış olunur
Mənbə jobsearch.az
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın