
Vakansiya! Baş mühasib vəzifəsində çalışmaq istəyənlər üçün
40 - 55 yaşlı qadın namizədlər müraciət edə bilərlər.
Vəzifə Baş mühasib
Maaş 800 - 1000 AZN
İşəgötürən Melen Construction
Şəhər Bakı
Yaş 40 - 55
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Elman Məmmədəliyev
Telefon (012) 464-43-35, dax. 115
E-mail [email protected]
İş barədə məlumat
- Şirkət fəaliyyətinin mühasibat uçotunun aparılması üzrə işi yerinə yetirməli (əsas vəsaitlər, maddi qiymətlilər, istehsal üzrə məsrəflər, məhsulların realizasiyası təsərrüfat-maliyyə fəaliyyətinin nəticələri, mal göndərən və istehlakçı ilə hesablaşmalar, həmçinin göstərilən xidmətlərin və s. uçotu)
- Mühasibat uçotu sənədləşmələrin düzgünlüyünə nəzarət etməli
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etməli
- 1C Mühasibat uçotu proqram təminatında əsas vəsaitlərin, maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatları əks etdirir və həmçinin digər sıravi mühasiblər tərəfindən yerinə yetirilmiş işlərə nəzarət etməli
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etməlidir
- 5/1 iş qrafiki
- Həftə içi 09:00 – 18:00
- Şənbə 10:00-14:00
Namizədə tələblər
- Qadın namizəd
- Tikinti sahəsində təcrübə
- Rus dilində sərbəst danışıq
- Ali təhsil
- 5 ildən artıq iş təcrübəsi
- Təmkinlilik, etibarlılıq
- Ofis proqramları və 1C 8.2 proqramında işləmə bacarığı olmalı
Mənbə boss.az
“Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı
504 səhifəlik, qalın üzlü “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın