Vakansiya! Qafqaz Lizinqdən daha bir iş elanı

Bakı, Sumqayıt, Xaçmaz şəhərlərində işləmək imkanı
Vəzifə: Mikro lizinq bölməsinin mütəxəssisi (Bakı, Sumqayıt və Xaçmaz)
İşəgötürən Qafqaz Lizinq
“Qafqaz Lizinq” ASC iqtisadiyyatın müxtəlif sahələrin inkişaf etdirilməsi üçün Lizinq xidmətləri təqdim edir. Fəaliyyəti nəticəsində “Qafqaz Lizinq” ASC mikromaliyyə və lizinq sektorunun mühüm iştirakçısına çevrilmişdir. Şirkət 2008-ci ildən etibarən Azərbaycan Lizinq Assosiasiyasının üzvüdür.
Hal-hazırda “Qafqaz Lizinq” ASC Bakı, Sumqayıt və Xaçmaz şəhərlərində yerləşən filialları üçün Mikro lizinq bölməsinin mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.
Əsas vəzifə və öhdəliklər:
Yeni müştərilərin cəlb edilməsi üçün aktiv marketinq təbliğatının həyata keçirilməsi və müştərilərə şirkətin lizinq məhsullarına dair məlumatın verilməsi;
Müraciət ərizələrinin qəbulu, müştərilərin və zaminlərin (əgər mövcuddursa) təhlili, ödəmə qabiliyyətinin müəyyən edilməsi;
Müraciətlərin filialın kredit komitəsinə təqdim edilməsi və müdafiəsi;
Lizinq portfelinin formalaşdırılması və idarə edilməsi;
Lizinq layihələri üzrə risklərinin qiymətləndirilməsi;
Müvafiq hesabatların hazırlanması:
Müştərilərin geri ödənişlərinə nəzarət;
Tələb olunan keyfiyyətlər:
İş yeri: Bakı, Sumqayıt, Xaçmaz şəhəri;
Ali təhsil (idarəetmə, maliyyə, biznes və s. iqtisadi sahələr üzrə);
İş təcrübəsi mütləq deyil. Kredit, biznes və ticarət sahəsində müəyyən təcrübə arzuolunandır;
Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
Müştərilərlə davranış etikası.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini
[email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını Mikro lizinq bölməsinin mütəxəssisi (Bakı, Sumqayıt, Xaçmaz) qeyd etməklə göndərmələri xahiş olunur.
CV-lər həmçinin aşağıda göstərilən ünvana təqdim edilə bilər:
Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B
Tel: (012) 991
“Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə azerjobs.com
Yoxlamalar 2013
Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın