Vakansiya! Kadrlar üzrə mütəxəssis işləmək imkanı

Vakansiya! Kadrlar üzrə mütəxəssis işləmək imkanı

Əmək haqqı 700 AZN
 
Vəzifə Kadrlar üzrə mütəxəssis
İşəgötürən Avrora
Şəhər Bakı
Yaş 25 - 35 
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Emil
Telefon (012) 447-10-55
 
İş barədə məlumat
- Firmanın əsasnamələrini, vəzifə təlimatlarını, müqavilələrini, ümumi və ezamiyyət əmrlərini və hüquqi sənədlərini tərtib etmək, və tərtib edilməsinə nəzarət etmək 
- Firmanın işçilərinin şəxsi iş materiallarının uçotunu aparmaq, kadrlar üzrə sənədləşməni müəyyən olunmuş qaydada tərtib etmək və bu işə nəzarət etmək 
- Əmək qanunvericiliyinə, əsasnamələrə, sərəncamlara, əmrlərə əsasən işçilərin işə qəbulu, işdən azad olunmasının, vəzifə keçirmələri, intizam tənbehlərinin verilməsinin və mükafatlandırılması tədbirlərinin həyata keçirilməsinə, işçilərin Firmanın quruluş bölmələri üzrə düzgün yerləşdirilməsinə, habelə vəzifə və ixtisas üzrə istifadə olunmasına nəzarət etmək 
- İşçilərin əmək kitabçalarında vaxtında qeydlər etmək, onları qorumaq, əmək stajını hesablamaq, habelə cari və əvvəlki əmək fəaliyyəti haqqında arayışlar vermək və bu işə nəzarət etmək 
- Firmanın işçilərinə, qanunvericiliyin müəyyən etdiyi hallarda, onların ailələrinə təqaüdlərin təyinatı üçün zəruri sənədlərin hazırlanmasını, habelə vaxtında onların sosial təminat orqanlarına təqdimatını təmin etmək və bu işə nəzarət etmək 
- Şəxsi işlərin arxiv qeydiyyatını aparmaq və saxlanma müddəti başa çatmış sənədləri mərkəzləşdirilmiş qaydada qorunması üçün hazırlamaq və bu işə nəzarət etmək
 
Namizədə tələblər
- Dil bilikləri: Azərbaycan (əla), rus (əla) 
- Ms Office proqramında işləyə bilmək bacarığı 
- Əmək Məcəlləsini bilmək mütləqdir 
- Məsuliyyətli 
- Ali təhsil (mütləqdir)
 
CV göndərərkən (şəkil mütləq), zəhmət olmasa, məktubun mətn hissəsinə " Kadrlar üzrə mütəxəssis" sözünü əlavə edin, əks halda şəxsi məlumatınıza baxılmayacaq.
 
"Əmək Məcəlləsi"nə edilən son dəyişikliklərin nəzərə alınmaqla ƏMƏK MÜQAVİLƏSİnin son nümünəvi variantı kitabımızda  Son dövlər ölkəmizdə işəgötürənlər və işçilər arasında formalaşan əmək münasibətləri sferasında, eyni zamanda, tənzimləməni həyata keçirən müvafiq qurumlarla bağlı bir çox qanunvericilik dəyişiklikləri həyata keçirilib. Qeyd olunan dəyişiklikləri və oxucuların rəy və təkliflərini nəzərə alaraq «Əmək Münasibətləri: A-dan Z-yə» kitabının 5-ci təkmilləşdirilmiş nəşrini çap etməyə qərar verdik.   Kitabın 5-ci nəşrinə yeni fəsillər əlavə olunub, bəzi fəsillər təkmilləşdirilib. İlkin olaraq Əmək Məcəlləsində edilən son dəyişikliklər nəzərə alınaraq fəsillərdə müvafiq düzəliş və əlavələr aparılıb. Kitabda əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınaraq işəgötürənlərə nazirlik tərəfindən elektron bildiriş təqdim edilməsi barədə  edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, bu prsoeslə bağlı nümünəvi əmr və əmək müqaviləsi formaları yerləşdirilib. Yeni nəşrdə inzibati tənbeh və xarici vətəndaşlarla bağlı yaranan əmək münasibətləri haqqında ayrıca fəsillər əlavə olunub, mükafat, maddi yardım, ştat cədvəli və digər mühüm mövzularla bağlı məlumat verilib, nümünəvi formalar yerləşdirilib.   Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini   [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Xəbərlər