Vakansiya! Xalq Bankdan daha bir iş elanı

Ali magistr təhsili (Texniki ixtisaslara üstünlük verilə bilər)
Vəzifə: İT idarəsinin Proqramlaşdırma şöbəsinin stajçı mütəxəssisi/ baş mütəxəssisi
İşəgötürən: Xalq Bank
Əmək haqqı: (1280 AZN-dən 2980 AZN-dək)
Vəzifə : İnformasiya texnologiyaları idarəsinin Proqramlaşdırma şöbəsinin stajçı mütəxəssisi, kiçik mütəxəssisi, mütəxəssisi, aparıcı mütəxəssisi, böyük mütəxəssisi, baş mütəxəssisi
İş qrafiki: 09:00 - 18:00/ Bazar ertəsi - Cümə
Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali magistr təhsili (Texniki ixtisaslara üstünlük verilə bilər);
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək ( rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
• Obyekt yönümlü proqramlaşdırma;
• Core Java;
• Enterprise Java Application Development (Spring MVC bilənlərə üstünlük verilir);
• Web Services (RESTful);
• SQL development;
• Oracle PL/SQL əsaslarını bilmək;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Ən azı 3 il İT sahəsində iş təcrübəsi olanlara üstünlük verilə bilər;
İŞİN TƏSVİRİ:
• İnternet Banking-in inteqrasiyası;
• Mövcud Bank sistemi üçün proqramlar yazmaq;
• PL/SQL paketlərindəki kodları oxuyub başa düşmək qabiliyəti;
• İnternet Banking-in idarə olunması;
• İT prosedurlarına uyğun olaraq vəzifələri yerinə yetirmək.
QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.
Əlaqə vasitələri:
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
Mənbə jobsearch.az
"Əmək Məcəlləsi"nə edilən son dəyişikliklərin nəzərə alınmaqla ƏMƏK MÜQAVİLƏSİnin son nümünəvi variantı kitabımızda Son dövlər ölkəmizdə işəgötürənlər və işçilər arasında formalaşan əmək münasibətləri sferasında, eyni zamanda, tənzimləməni həyata keçirən müvafiq qurumlarla bağlı bir çox qanunvericilik dəyişiklikləri həyata keçirilib. Qeyd olunan dəyişiklikləri və oxucuların rəy və təkliflərini nəzərə alaraq «Əmək Münasibətləri: A-dan Z-yə» kitabının 5-ci təkmilləşdirilmiş nəşrini çap etməyə qərar verdik. Kitabın 5-ci nəşrinə yeni fəsillər əlavə olunub, bəzi fəsillər təkmilləşdirilib. İlkin olaraq Əmək Məcəlləsində edilən son dəyişikliklər nəzərə alınaraq fəsillərdə müvafiq düzəliş və əlavələr aparılıb. Kitabda əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınaraq işəgötürənlərə nazirlik tərəfindən elektron bildiriş təqdim edilməsi barədə edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, bu prsoeslə bağlı nümünəvi əmr və əmək müqaviləsi formaları yerləşdirilib. Yeni nəşrdə inzibati tənbeh və xarici vətəndaşlarla bağlı yaranan əmək münasibətləri haqqında ayrıca fəsillər əlavə olunub, mükafat, maddi yardım, ştat cədvəli və digər mühüm mövzularla bağlı məlumat verilib, nümünəvi formalar yerləşdirilib.
Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın