Vakansiya! Hüquqşünas işləmək imkanı

Vakansiya! Hüquqşünas işləmək imkanı

Əmək haqqı 650 manat
 
Vakansiya: Hüquqşünas
İşəgötürən: "Təmiz Şəhər" ASC
Region: Bakı
Məşğulluq növü: Tam iş günü
 
Yaş: 22 - 30
 
Vəzifə öhdəlikləri:
 
Cəmiyyətin hüquqi əhəmiyyətli sənədlərini işləyib hazırlayır və ya hazırlanmasında iştirak edir, işlənmiş sənədlərə hüquqi rəy verir
Cəmiyyətin balansına verilən əsas vəsaitlərin (bina və obyektlər, bütün növdən olan texnikalar, əmlak, torpaq, lisenziyalar, qiymətli kağızlar və s.) lazımi sənədləşməsini təmin edir.
Cəmiyyəti məhkəmə və istintaq məsələlərində etibarnamə ilə təmsil edir
Təsərrüfat, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak edir
Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin yaxşılaşması, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması haqqında müvafiq təkliflərin işlənib hazırlanmasında iştirak edir
Müxtəlif müqavilələrin hazırlanmasını və onlara hüquqi rəy verilməsini təmin edir
Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədlərə dair yekun hüquqi rəy verir
Başqa vahidlərlə birlikdə Cəmiyyətdə verilmiş əmr və digər normativ aktların hüquqi ekspertizasını aparır və ehtiyac yarandıqda sənədlərə müvafiq dəyişikliklər edir
Sorğu əsasında Cəmiyyətin fəaliyyətinə aid olan normativ aktlar, qüvvədə olan qanunvericiliyə edilən dəyişikliklər barədə rəhbərliyə məlumat verir
Cəmiyyətin işçilərinin iş prosesi ilə əlaqədar irəli sürülmüş sorğularına cari qanunvericiliyə istinadla məsləhətlər verir
Cəmiyyətin fəaliyyətinə aid olan metodiki, normativ və başqa rəhbər materialların hazırlanmasını təmin edir
Azərbaycan Respublikasının qanunvericiliyinə və Cəmiyyətin nizamnaməsinə əsaslanaraq Cəmiyyətin və onun işçilərinin hüquqlarını müdafiə edir
Hüquq şöbəsi
İğtisasa dair tələblər:
 
Ali hüquqi təhsil
Dil bilikləri zəruridir (ingilis və rus dilləri)
Məhkəmə və icra işləri üzrə təcrübəsi olmalı
Müqavilələr Hüququ üzrə biliyə və təcrübəyə malik olmalı
Əmək qanunvericiliyini bilməli
Beynəlxalq ticarət müqavilələrini şərtlərə uyğun hazırlamalı
Kompüterdə işləmə bacarığı
İnkişafa meyilli və kollektivdə işləyə bilmək
Məsuliyyətli ve nizam-intizam qaydalarına riayət etmək
Telefon: (012) 464 41 11
Mənbə azerjobs.com

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67  050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın

    Xəbərlər