Vakansiya! Vijn Fond Azərkreditdə Şimal Bölgəsi üzrə Regional Meneceri işləmək imkanı

İqtisadiyyat, mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil və maliyyə sektorunda uzunmüddətli təcrübə olmalıdır.
Vəzifə Şimal Bölgəsi üzrə Regional Menecer
İşəgötürən “Vijn Fond AzərKredit” MMC
Hal-hazırda AzərKredit təşkilatı Şimal Bölgəsi üçün (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı rayonları üzrə) Regional Menecer axtarır. Xanım namizədləri aktiv olmağa çağırırıq.
Bu vəzifə AzərKredit təşkilatının yuxarıda qeyd olunan filiallarından birində yerləşəcək və bu vəzifənin məqsədi bölgə üzrə bütün filialların fəaliyyətinin effektiv icrasını təmin etməkdir.
Əsas vəzifə və öhdəlikləri:
6. Bölgə üzrə filial əməliyyatlarının sabit genişlənməsi, monitorinqi və sənədləşməsi:
6.1. Kredit Departamentinin Direktoru, Kredit Departamentinin Direktorunun müavini və digər departamentlər ilə məlumat mübadiləsini və bölgə üzrə müvafiq məlumatın dövretməsini təmin edir;
6.2. Ali rəhbərliyə filial və ya infrastrukturlarda yerdəyişmə, yeniləşdirmə və s. kimi təklif olunan mühüm dəyişikliklər üzrə tövsiyələr verir;
6.3. Təşkilatın iş prosesinin qaydasında getməsini təmin etməklə və təşkilatın aktivlərini mühafizə etməklə, daxili nəzarət sistemlərinin icrasına nəzarət edir;
6.4. Tövsiyə olunmuş audit nəticələri əsasında Müvafiq filial menecer(lər)i ilə, filiallardan tələb olunan istənilən tədbirlər üzrə əlaqə saxlayır;
6.5. Bütün cari qaydalara riayət olunmasını təmin edir;
6.6. Bölgə üzrə bütün filiallarda siyasət və prosedurların davamlı və bir qayda olaraq tətbiq olunmasını təmin edir;
6.7. Filial aktivlərinin keyfiyyəti, likvidliyi, kapital adekvatlığı və ehtiyatı üzrə hesabat sisteminin müvafiq şəkildə və vaxtında icra olunmasını planlaşdırır və təmin edir;
6.8. Kreditlə bağlı müraciətlərin baxılması, qərar verilməsi və kredit komitələrinin təşkili.
7. Filial əməliyyatlarının effektivliyi:
7.1. Qarşıya qoyulmuş və razılaşdırılmış hədəflərə nail olunmasını təmin etmək üçün Filial Menecerləri vasitəsilə filialın gündəlik əməliyyatlarına nəzarət edir;
7.2. Filialın müvafiq likvidlik menecmentinə malik olmasına əmin olmaq üçün Maliyyə Departamenti ilə koordinasiya edir;
7.3. Region üzrə filialların işçi həcminin planlaşdırılmasında İR departamenti ilə koordinasiya edir;
7.4. Monitorinqi və ya hesabatının verilməsi ilə əlaqədar məsələlər üzrə İT/MİS departamenti ilə məsləhətləşir və məsələləri ən qısa mümkün vaxtda həll edir.
8. Bölgədəki Kredit Portfelinin keyfiyyətini təmin edilməsi:
8.1. Filiallarda mütəmadi monitorinq aparmaqla və bütün siyasət və prosedurlara ciddi riayət olunmasını təmin etməklə gecikmiş kreditlərin idarə olunması cəhdlərinə “qalib” olmalı;
8.2. Məqbul səviyyələrdən kənar olan filial fəaliyyətlərini dərhal idarə edir və ona qarşı tədbir görür.
9. Regionda işçilərin idarə edilməsi:
9.1. Əməliyyat aparan heyətin müvafiq təlim almalarını təmin edir;
9.2. Bölgədə çalışan işçi heyətinin təlimi ilə bağlı olan tədris proqramının hazırlanması və yenidən baxılaraq nəzərdən keçirilməsində iştirak edir;
9.3. İşə yeni qəbul olunmuş və fəaliyyətdə olan işçilərin təlim məsələləri ilə əlaqədar Təlim və İşçilərin İnkişafı üzrə məsul şəxslə yaxından əməkdaşlıq edir;
9.4. Bölgədəki filial və şöbələrin əməliyyatları ilə əlaqədar Kredit Departamentinin Direktoru və Kredit Departamentinin Direktorunun Müavininə əsas məsləhətlər verir.
10. Kredit Departamentinin Direktoru tərəfindən müəyyən vaxtlarda təyin edilmiş digər vəzifələri icra edir.
Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:
• İqtisadiyyat, mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil və maliyyə sektorunda uzunmüddətli təcrübə;
• Tələb olunduqda iş saatları üçün çevik olmaq, lazım gəldikdə iş vaxtının 50 %-ə qədərini səfər etmək bacarığı;
• Sürücülük vəsiqəsi və sürücülük təcrübəsi;
• Orta rəhbərlik səviyyəsində (məsələn filial meneceri) aşağıdakılarda ən azı iki il iş təcrübəsinə malik olmaq: mikro-müəssisə kreditləşmə təşkilatı, bankçılıq institutu, proqressiv korporativ mühit, beynəlxalq iqtisadi, biznes və ya biznes inkişafı təşkilatı;
• Mikromaliyyə sektoru və texnologiyaları haqqında aydın təəssüratı olmalı;
• Microsoft proqramlarında işləmək bacarığı;
• Azərbaycan dilində mükəmməl şifahi və yazılı bacarıqları, İngilis dili bilənlərə üstünlük veriləcək;
• Təşkilat və onun missiyasına yüksək sadiqlik nümayiş etdirməli;
• Təşəbbüskar, dayanıqlıq, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
• Üzərinə məsuliyyət götürmək bacarığı, istəyi və yüksək düzgünlük hissi.
Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq 16 Noyabr 2014-cü il tarixinədək e-mail (
[email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.
E-məktubunuzun mövzu hissəsində ‘Regional menecer Şimal’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Mənbə jobsearch.az
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın