Vakansiya! Vijn Fond Azərkreditdən iş elanı

Vakansiya! Vijn Fond Azərkreditdən iş elanı

Bölgələrdə çalışmaq imkanı
 
 Vəzifə Filial Meneceri (Neftçala)
İşəgötürən “Vijn Fond AzərKredit” MMC
 
Əsas vəzifə və öhdəlikləri:
 
İdarəetmə sahəsində:
 
Heyətin idarə edilməsi ilə bağlı müvafiq təklif və qərarların verilməsi
Filialın kredit portfelinin idarə olunması və idarə olunmasına nəzarət
Filial üçün prioritetlərin və məqsədlərin tətbiq olunmasına cavabdehlik
Filial portfelinin və müştəri  bazasının ən yüksək mümkün keyfiyyətdə saxlanmasına məsuliyyətlilik
Xətalı məsələlərin idarə olunmasında cavabdehlilik
Problemlərin, risklərin idarə edilməsi, həlli yollarının araşdırılması, həll edilməsinə nəzarət
Ümumi hədəf və məqsədlərə təsir göstərə bilən filial əməliyyatları ilə bağlı məsələlərdə Baş Ofis və digər filialları əlaqələndirilməsi
Tələb olunan hesabatları dəqiq və vaxtında verilməsi
Filialın hədəf və məqsədlərinə nail olmaq üçün işçi heyətini əla və effektiv iş səviyyəsinə can atmasına həvəsləndirmək və ruhlandırmaq
Filialın ümumi işi üçün məsuliyyətlilik
Filial ştatına işə götürmə və İşçilərin İllik qiymətləndirmə prosesində iştirak
Tabeçiliyində olan işçilərdən müvafiq hesabatların  tələb edilməsi
Rəhbərlik etdiyi filialların vəziyyətinin təhlil edilməsi, hesabat hazırlanması, təkliflərlə çıxış
Yaxşı müştəri xidməti göstərilməsinə həvəsləndirmə üçün bütün işçilər arasında şəxsən nümunə olmaq
Təşkilatın xidmətlərinin yaxşılaşdırılması və rəqabətliliyinin təmin edilməsi üçün digər kredit təşkilatlarının daxil olduğu ərazilərdə bazar fəaliyyətinin məlumatlarını öyrənilməsi
İnzibati işlərinin təşkilində Regional Menecerə yaxından kömək edilməsi
Maliyyə sahəsində:
 
Filialın effektiv  büdcəsini işləmək və planlaşdırmaq
VF AzərKreditin məqsədinin qoyulmasında və maliyyə hədəflərində lehinə fəal iştirak etmək
Məlumat İnformasiya sistemində müştəri ərizəsi əsasında daxil olunan məlumatları yoxlayaraq təsdiqləmək
Məlumat İnformasiya sistemində günlük maliyyə əməliyyatlarını yoxlamaq və təsdiqləmək
Nəzarət sahəsində:
 
Kredit komitələrinin təşkili, sədrlik  və nəzarəti
Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq
Müştərinin məlumat cədvəlinə və davamlı kreditlər üçün monitorinq səfərlərinə nəzarət və planlaşdırmaq
Girov əməliyyatlarının  yerinə yetirilməsinin prosedurlara uyğunluğuna nəzarət etmək
Kreditlə bağlı işçilərin, kreditlərin diversifikasiyasına nəzarət və müvafiq tapşırıqlar vermək, bölgüyə nəzarət etmək
Digər:
 
Kreditlə bağlı tələb olunan sahə səfərlərini təşkil etmək
Baş ofis ilə həvəsləndirmə strategiyasının və marketinq planın hazırlanmasında lehinə fəal iştirak etmək
Qızıl qəbulu prosesində iştirak edir və qızıl qəbulu və qaytarılması aktlarını şirkət adından imza  və möhürlə təsdiq etmək
Ehtiyac olduqda nümayəndəlikləri monitorinq etmək
Tələb olunanda rəsmi proseslərdə iştirak etmək
Bütün rəftar və hərəkətlərdə nümunəvi iş etikasını, müşahidə olunan dürüstlüyü, şəffaflığı və məxfiliyi saxlamaq
VF AzərKredit mühitində bütün işçi heyəti ilə, müştəri və digər şəxslərlə müsbət münasibətlər saxlamaq
Təşkilatın Strateji Planına uyğun məqsədlərin əldə olunmasına nail olmaq
Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:
 
Iqtisadiyyat / Hüquq sahəsində ali təhsil və 3 il müvafiq sahəsində təcrübə (bank, BOKT) və ya
Digər sahədə ali təhsil və 4 il müvafiq təcrübə;
Minimum 1 il idarəçilik təcrübəsi;
Vəziyyəti düzgün qiymətləndirmək və qərar qəbul etmək
Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq
İngilis dilindən müəyyən səviyyəyə malik olmaq
Kompüterdə, Outlook, MS Word və Excel proqramlarında işləmək
Sürücülük bacarığı
Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq 05 noyabr 2014-cü il tarixinədək e-mail [email protected] və ya faks vasitəsilə (012) 597 30 39 təqdim etsinlər.
E-məktubunuzun mövzu hissəsində ‘Neftçala Filialının Meneceri’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
 
E-ünvan: [email protected] 
Fax: (012) 597 30 39  
www.azercredit.az
Mənbə azerjobs.com

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67  050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın

    Xəbərlər