Vakansiya! Demir Bank-da işləmək imkanı

Vakansiya! Demir Bank-da işləmək imkanı

Ali təhsil mütləqdir.
 
Vəzifə: Müştəri Xidmətləri şöbəsinə mütəxəssis
İşəgötürən: Demir Bank
DəmirBank ASC Şəbəkənin İdarə Olunması Departamentində Müştəri Xidmətləri şöbəsinə mütəxəssis (Call Center Specialist) vəzifəsinə işəqəbul elan edir.
 
İşin təsviri:
 
• Bank və onun xidmətləri barədə şöbəyə telefon, email və sayt ilə online olaraq müraciət edənlərə məlumat və məsləhət xidmətlərinin göstərilməsi;
• Şöbəyə telefon, email və sayt ilə online olaraq daxil olan müraciət və məlumatların zəruri instansiyalara yönləndirilməsi; 
• ``Telefon-Bankçılıq`` xidməti vasitəsi ilə plastik kart sahiblərinin kommunal, rabitə və sair xidmətlərin ödənişlərinin həyata keçirilməsi;
• Saytdan plastik kart və kartla kredit xətti online sifarişlərin qəbul edilməsi, müvafiq qaydaya əsasən onların izlənilməsi və yönəldilməsi;
• Təcili pul köçürmə sistemləri üzrə daxil olan vəsaitlərlə bağlı müvafiq qaydaya əsasən müştərilərə məlumatın verilməsi; 
• Korporativ müştərilərə  müvafiq qaydaya uyğun olaraq onların hesabı üzrə məlumatın verilməsi; 
• Müraciət edən müştərilərə çarpaz satış qaydalarına uyğun olaraq Bankın digər məhsul və xidmətlərinin təklif edilməsi;
• Daxil olan müştəri şikayət və təkliflərini qəbul edib müvafiq  instansiyalara keçirilməsi.
 
Namizədə qarşı tələblər:
 
• Ali təhsilin olması;
• Yüksək ünsiyyət qabiliyyətinin olması;
• Rus və Azərbaycan dillərində yüksək səviyyədə danışıq və yazı bacarığının olması (İngilis dili biliyi üstünlükdür);
• Yüksək yazışma və problemləri həll etmə bacarığının olması;
• Telefon ünsiyyətinin yüksək səviyyədə olması;
• Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığının olması;
• Məlumatlandırma, müştəri xidmətlərinin tənzimlənməsi, detallara diqqət, peşkarlıq və yüksək təzyiq altında işləmək bacarığının olması;
• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsinin olması;
• Növbəli iş rejimində işləmək imkanına sahib olması;
• MS Office proqramlarında işləmək bacarığının olması.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 12 noyabr 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
 
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Müştəri Xidmətləri şöbəsinə mütəxəssis və ya Call center specialist) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
 
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə jobsearch.az

“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr

Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib. 

İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Xəbərlər