Vakansiya! İT, təlim və dəstək şöbəsində baş mütəxəssis işləmək imkanı

Vakansiya! İT, təlim və dəstək şöbəsində baş mütəxəssis işləmək imkanı

İcbari Sığorta Bürosunda çalışmaq istəyənlər üçün
 
Vəzifə: İT, təlim və dəstək şöbəsində baş mütəxəssis
İşəgötürən: İcbari Sığorta Bürosu
“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı
 
İcbari Sığorta Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsi, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək məqsədilə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında təsis edilib və fəaliyyət göstərir.
 
İT, təlim və dəstək şöbəsində baş mütəxəssis
 
Namizədə dair tələblər:
 
• Kompüter elmləri sahəsində ali təhsil (bakalavr dərəcəsi) və proqram təminatının hazırlanması və dizaynı üzrə minimum 3 il iş təcrübəsi;
• Microsoft Windows & Linux əməliyyat sistemlərində işləmək bacarığı
• Tələb olunan proqramlaşma dilləri C#, .NET, Winforms/WPF, SQL Server, XML
• ASP.NET Web application framework-də işləmək təcrübəsi
• Data structures design, algoritmlərin yazılması və object oriented proqramlaşma
• Azərbaycan və rus dillərində yaxşı səviyyədə, İngilis dilində texniki səviyyədə bilmə
• Əla ünsiyyət qurma və komandada işləmək bacarığı.
 
İşin təsviri:
 
• İşin avtomatlaşdırılmış idarə edilməsi üçün proqram təminatının yaradılması və mövcud proqramların təkmilləşdirilməsi;
• Elektron informasiya sistemlərinin qurulması, istifadəsi ilə bağlı texniki-proqram kompleksinin formalaşdırılması və ona texniki xidmətlə bağlı işlərin həyata keçirilməsi;
• Qurulmuş, istifadədə olan sistemlərin öyrənilməsi, təkmilləşdirilməsi, proqram təminatlarının installyasiya edilməsi;
• Məlumatlar bazasınının idarə edilməsi, monitorinqinin təşkili;
• İT infrastrukturunun dizaynı, şəbəkə avadanlıqlarının quraşdırılması və yaranan problemlərin aradan qaldırılması;
• İnformasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi və məlumatların məxfiliyinin qorunması üçün müvafiq tədbirlərin görülməsi;
• İnformasiya resurslarının idarə edilməsinə nəzarət edilməsi və s.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini 27.11.2014 - cü il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)
 
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə jobsearch.az

Yoxlamalar 2013                                                
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur. 

0 Komment

    Şərh yazın

    Xəbərlər