- 0 Komment
- 22 Oktyabr 2014
Vakansiya!İşə Qəbul üzrə Mütəxəssis

Office proqramlarını bilməlidir.
Vəzifə: İşə Qəbul üzrə Mütəxəssis
İşəgötürən: Aztikintiyol
Kiçik mütəxəssis: 600 NET/Mütəxəssis: 800 NET/Aparıcı mütəxəssis: 1000 NET/
Böyük mütəxəssis: 1200 NET/Baş mütəxəssis: 1400 NET/
İş vaxtı: I - V günlər 09:00 - 17:00/ VI gün 09:00 - 14:00
İşin təsviri
Vakansiyaların təhlili, tələb olunan işçi sayının müəyyən edilməsi;
Vakansiya elanlarının müəyyən edilmiş saytlarda yerləşdirilməsi;
Daxil olan CV - lərin qeydiyyatının aparılması;
İşə qəbul testlərinin və ilkin müsahibələrin keçirilməsi;
İşə qəbul testlərinin keçirilməsi üçün sual bazasının yaradılması;
Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;
İşə qəbul prosesi ilə bağlı yekun hesabatların hazırlanılması;
Yeni işə qəbul edilmiş namizədin şəxsi işinin hazırlanılması;
Cəmiyyətin işə qəbul qaydalarının tərtib edilməsində iştirak;
Əmək yarmarkaları və digər işə qəbul layihələrində iştirak;
Departament rəisi tərəfindən işə qəbul prosesi ilə bağlı veriləcək tapşırıqların yerinə yetirilməsi;
Namizədə dair tələblər:
Ali təhsil; (İqtisadiyyat, Psixologiya, Menecment, Heyətin İdarə olunması sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
Azərbaycan və İngilis dilini əla, Rus dilini isə yaxşı səviyyədə bilməli;
Müvafiq sahədə minimum 1 (bir) il iş təcrübəsi olmalı;
Komandada işləmək bacarığı;
MS Office proqramlarını yüksək səviyyədə bilmək;
Stresə davamlı, ünsiyyətcil, dinləmə bacarığı olmalı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini 22.11.2014 - cü il tarixinədək
[email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)
Mənbə jobsearch.az
“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar
Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir.
Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik.
0 Komment
Şərh yazın