- 0 Komment
- 14 Oktyabr 2014
Vakansiya!Marketinq və PR Meneceri işləmək imkanı

Vəzifə: Marketinq və PR Meneceri
İşəgötürən: AzEduNet LLC
Marketinq:
• Şirkətin marketinq strategiyasının hazırlanması üçün təkliflər verir və həyata keçməsini təmin edir.
• Şirkətin mövcud məhsul və xidmətlərinin yeni bazarlarını, qiymətini və müştəri qruplarını araşdırıb müəyyənləşdirir.
• Rəqib şirkətlərin təqdim etdiyi məhsulları araşdırır. Bazar araşdırmalarını təhlil edir və hesabat hazırlayır.
• Şirkətə münasibəti ifadə edən araşdırmaların və sorğuların məlumat bazasını yaradır.
• Bazar araşdırmaları məlumatları əsasında yeni məhsul və xidmətlərin yaradılması barədə təkliflər hazırlayır.
• Yeni məhsul və xidmətlərin yaradılması ilə bağlı işləri digər departament və şöbələrlə koordinasiya edir.
• Biznesin inkişaf imkanlarını araşdırır və təkliflər hazırlayır. Yeni layihələrin hazırlanması işini təşkil edir.
• Yeni layihə və məhsulların yaradılması istiqamətində əməkdaş şirkəti tapır və təklifləri departament müdirinə təqdim edir.
• Şirkətin bir brend kimi tanınmasında aktiv iştirak edir. Brendin bazarda daha yaxşı tanınması üçün təkliflər verir.
• Şirkətin ictimaiyyətlə əlaqələr işini qurur.
• Şirkətin fəaliyyəti ilə bağlı yerli Kütləvi İnformasiya Vasitələrində press-reliz və xəbərlərin yerləşdirilməsini təmin edir. Yeni məhsulların tanıtımını reallaşdırır.
• Media orqanlarında yayımlanan məlumatları mütəmadi izləyir.
• Şirkətlə əlaqədar olan mətbuat konfranslarını, sərgiləri, təqdimatları təşkil edir.
• Şirkətin internet səhifəsində məlumatların yenilənməsini təmin edir.
• Reklam siyasətini hazırlayır və müvafiq təsdiqdən sonra onun icrasını təmin edir
Satış :
• Şirkətin müştəri bazasının formalaşdırılması işini təşkil edir.
• Müştəri məmnuniyyəti işinin təşkili və ölçülməsi istiqamətində o cümlədən sorğu və gizli müştəri layihələrini təklif edir və həyata keçirir.
• Müştəri xidmətləri işinin təkmilləşdirilməsi və yeni müştərilərin cəlb olunması ilə bağlı təkliflər hazırlayır.
• Şirkətin müştəriləri haqqında müxtəlif hesabatlar hazırlayır.
• Satışı və yeni müştərilərin cəlb olunması işini təşkil edir.
• Yeni satış texnologiyalarının tətbiqini təklif edir və bu sahədə işi koordinasiya edir.
• Şirkətə potensial müştərilərin cəlb olunması istiqamətində fəaliyyət göstərir.
CV-nin göndərildiyi ünvan: hr@azedunet.az
Yalnız seçilmiş ərizəmilərlə əlaqə yaradılacaqdır.
Mənbə jobsearch.az
“Monitor Konsaltinq Servis” MMC yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:
• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;
• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;
• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;
• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.),
• Vergi Qanunvericiliyinə dair 50 aktual sualın cavabı
• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;
• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.
Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini office@mks.az adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.
VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...
Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi office@mks.az göndərməklə əldə edə bilərsiniz.
Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf
0 Komment
Şərh yazın