Vakansiya!Vijn Fond Azərkreditdən iş elanı

Vakansiya!Vijn Fond Azərkreditdən iş elanı

Office proqramlarını bilməlidir.
 
Vəzifə İnzibati işlər üzrə mütəxəssis (Göygöl)
İşəgötürən “Vijn Fond AzərKredit” MMC
Vijn Fond AzərKredit” MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük BOKT-larından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır. AzərKredit hazırda Göygöl filialına İnzibati işlər üzrə mütəxəssis vəzifəsi üzrə işçi qəbulu elan edir. Xanım namizədləri aktiv olmağa çağırırıq.
 
 
Əsas vəzifə və öhdəlikləri:
 
AzərKreditin fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
Telefon və faksla vasitəsilə aparılan əlaqələndirmə işlərini həyata keçirilməsi;
Müştərilərin məlumat bazasının işlənməsi (müştərilərə aid məlumatı siyahıya daxil edir, düzgün  məlumatlandırma üçün məlumat bazasını saxlayır, təşkil edir və yeniləyir), sistemləşdirmə (filial sənədlərinin sistemləşdirilməsini təşkil edir və saxlayır), əlaqələr (nəzakətli və təcrübi tərzdə bütün daxil olan zənglərə cavab verir, filialın bütün aidiyyatı işçi heyətinə telefon mesajları yazır və göndərir, məxfiliyə riayət edir, faksla sənədləri aidiyyatı işçi heyətə göndərir və qəbul edir) işlərinin yerinə yetirilməsi;
İşə davamiyyət cədvəlini və tələb olunan digər hesabatları hazırlanması;
Müştəri məlumatlarının və şöbə sənədlərinin qovluqlarda saxlanılması;
Ofis təchizatının idarə edilməsi (bütün tələb olunan ofis təchizatları üçün ödəniş tələbnaməsini doldurur, artıq xərc çəkmədən təchizatı alır və ofisi təmin edir) kimi sistemlərini təşkil edilməsi, inkişaf və idarəedilməsi;
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
 
Ali təhsil;
Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti; İngilis dilini bilənlərə üstünlük verilir;
Word, Excel və Database proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq 23 oktyabr 2014-cü il tarixinədək e-mail  [email protected] və ya faks vasitəsilə (012) 597 30 39) təqdim etsinlər.
 
E-məktubunuzun mövzu hissəsində ‘Göygöl İnzibati işlər üzrə mütəxəssis’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
 
İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.
 
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
 
Fax: (012) 597 30 39
www.azercredit.az
Mənbə azerjobs.com

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67  050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın

    Xəbərlər