
Vakansiya!Baş mühasib vəzifəsində çalışmaq istəyənlər üçün
Əmək haqqı 2000 AZN
Vəzifə: Baş Mühasib
İşəgötürən: SMTS MMC
İş barədə məlumat:
-Təsərrüfat subyektinin maliyyə ehtiyaclarını müəyyən etmək;
-Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini hazırlamaq (tərtib etmək) və icra etmək;
- Əmək haqqı, müavinətlər, vergilər, ezamiyyələr, eləcə də sağlamlıq və ya qocalıq ilə əlaqədar işdən azad olma halları üzrə ödənişləri hesablamaq və qeydiyyatını aparmaq;
-Vergi, sosial sığorta və s. ödənişləri həyata keçirmək, onlara nəzarət etmək;
-Aylıq, rüblük, illik bəyənnamələri və hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluqvə s.) hazırlamaq;
-Sənədləri yoxlamaqla maliyyə əməliyyatlarını təsdiqləmək və ödənişləri həyata keçirmək;
- Maliyyə uyğunsuzluqlarını yoxlamaq və aradan qaldırmaq;
- Daxili yoxlamalar vasitəsi ilə maliyyə təhlükəsizliyini təmin etmək.
-Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb 1C proqramına daxil olunmasına nəzarət edir.
-Müştərilərdən köçürmə yolu ilə şirkətin hesabına daxil olan ödəmələrin 1C proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət edir.
-Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edir.
-Tabeçiliyində olan işçilərin işlərinə nəzarət və cavabdehlik daşımaq və s.
Namizədə tələblər:
Təhsil - Ali təhsil
İş təcrübəsi - Minimum 5 il, təkcə tikinti sahəsində minimum 3 il
Vergi Məcəlləsini mükəmməl bilməli
Yaş həddi - 30-50
Cinsi - fərq etmir
İş saatı - 9.00-18.00
İş rejimi - 6 günlük
Kompyuter bilikləri - MS ofice, Word, Excell, 1C
Dil bilikləri - Azərbaycan dilini mükəmməl səviyyədə, İngilis dilini orta səviyyədə bilməli
Komandada işləmək bacarığı
Nahar şirkət tərəfindən verilir
Əmək haqqı - 2000 AZN
Sizi öz kollektivimizdə görməyə şad olarıq!
Maraqlananlar şəkilli cv-lərini mövzu yerinə Baş mühasib qeyd edərək [email protected] ünvanına göndərə bilərlər.
Mənbə jobsearch.az
“Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı
504 səhifəlik, qalın üzlü “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın