- 0 Komment
- 08 Oktyabr 2014
Vakansiya!Daxili Audit Departamentinin Mütəxəssisi

Əmək haqqı 900 AZN-ə qədər
Vəzifə: Daxili Audit Departamentinin Mütəxəssisi
İşəgötürən: Veysəloğlu Şirkətlər Qrupu
Yaş həddi: 24-35
Təcrübə: Minimum 2 il mühasib və ya audit sahəsində iş təcrübəsi.
Vəzifənin təyinatı:
Risklərin idarəedilməsi, daxili nəzarət mühiti və korporativ idarəetmə proseslərinin müntəzəm qiymətləndirilməsinə dair audit yoxlamalarında iştirak etmək, belə yoxlamalarla həmin proseslərinin inkişafına dair tövsiyyələr vermək. Şirkətin təlimatları, siyasətləri və prosedur qaydalarının yaradılmasında yardımçı olmaq.
Hesabat verir: Daxili Audit Departamentinin Direktoruna.
Səlahiyyətlər və öhdəliklər:
1. Audit planları əsasında audit proqramlarının tərtib edilməsində iştirak etmək.
2. Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq.
3. Şirkətin siyasətini, prosedurları, standartları və digər normativ sənədləri qiymətləndirmək.
4. Audit yoxlamaları nəticəsində şirkətin siyasəti, prosedurların, standartların və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək.
5. Şirkətdə yaranan qabaqcıl təcrübələrin qiymətləndirilməsini aparmaq və rəy vermək.
6. Dövri daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında hesabatlar və rəylər hazırlamaq.
7. Müstəqil (kənar) audit proseslərinə dəstək olmaq.
8. Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testlər aparmaq və tapşırıqları yerinə yetirmək.
9. Daxili nəzarət mühitinin qiymətləndirməsinə dair testlər aparmaq və tapşırıqları yerinə yetirmək.
10. Şirkətin Daxili nəzarət mühitinin inkişafına dair təkliflər irəli sürmək.
11. Şirkətin risk idarəedilməsinin inkişafına dair təkliflər irəli sürmək, o cümlədən risk təhlillərin aparılması qaydasına dair rəy bildirmək.
12. Daxili audit yoxlamaları zamanı saxtakarlığın və risklərinin qiymətləndirilməsini aparmaq.
13. Saxtakarlıq hadisələrin araşdırılmasında Departamentin adından iştirak etmək.
14. Departament büdcəsinin hazırlanmasında iştirak etmək.
15. Şirkətin aylıq, rüblük və illik hesabatlarını yoxlamaq.
16. Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək.
Kvalifikasiyalar:
Təhsil: İqtisadiyyat, maliyyə, və ya mühasibat uçotu üzrə ali təhsil bakalavr dərəcəsi; həmin sahədə peşəkar kvalifikasiyaların sahiblərinə, hüquqi sənədlərinin və İT audit təcrübəsinə malik olan namizədlərə üstünlük veriləcək.
Dil bilikləri: azərbaycan - sərbəst, rus - orta, ingilis – orta, türk – ilkin.
Texniki bacarıqlar:
• MS Office proqramlarını sərbəst bilməli və tətbiq etməlidir.
• Daxili audit;
• Risklərin idarəedilməsi;
• BMHS (o cümlədən, maliyyə konsolidasiyası);
• İqtisadi qanunvericilik;
• Saxtakarlığın aşkarlanması;
• Korporativ idarəetmə;
• Logo Tiger ERP proqramını
Şəxsi keyfiyyətlər:
Analitik düşüncə;
Qərar vermə qabiliyyəti;
Komandada işləmək bacarığı;
Mübahisələrin həll edilməsi;
Dəqiqlik;
Dürüstlük ;
Effektiv kommunikasiya;
Nəzarət;
Əlaqələndirmə.
Namizədlərdən CV-lərini bu e-mail
[email protected] adresinə göndərmələri xahiş olunur.
Əlaqə üçün:
Mob – (055) 818 11 41
Tel - (012) 447 27 00 / (012) 447 27 00/ Daxili 2815
Mənbə jobsearch.az
“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar
Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir.
Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik.
0 Komment
Şərh yazın