VAKANSİYA! KARGÜZAR vəzifəsində çalışmaq istəyənlər üçün ELAN

VAKANSİYA! KARGÜZAR vəzifəsində çalışmaq istəyənlər üçün ELAN

ATKİNS şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyi

Vəzifənin adı: Kargüzar

İş yeri: Bakı, Azərbaycan

Əsas vəzifə öhdəlikləri:

1. Şirkətdə kargüzarlıq işini təşkil edir və həyata keçirir
2. İşlərin nomenklatur siyahısını hazırlayır
3. Şirkətə daxil olan sənədləri qəbul edir, qeydiyyatdan keçirir və struktur bölmələrinə göndərir
4. Rəhbərliyin tapşırığına müvafiq olaraq sənədləri icraçılara verir, qeydiyyatlarını rəsmiləşdirir və icrasına nəzarət edir

5. Göndərilən sənədlərin qeydiyyatının aprır və yola salır
6. Menecment iclaslarının protokollarını tərtib edir və uçotunu aparır
7. Kargüzarlıqda başa çatmış sənədləri struktur bölmələrindən qəbul edir
8. Xidməti sənədlərin mühafizəsini təmin edir
9. Cari arxivin sənədlərini sistemləşdirir və mühafizə edir
10. Arxivə daxil olan sənədli materialların mühafizəsini və qorunub saxlanılmasını təmin edir
11. Arxiv sənədlərinin ekspertizası işində iştirak edir
12. Arxivin yerləşdiyi yerdə yanğından mühafizə qaydasının gözlənilməsinə nəzarət edir.
13. Arxiv sənədlərini və surətlərini verir və arxiv sənədlərində olan məlumatlar əsasında lazımi arayışlara, tələblərə cavab tərtib edir və onların uçotunu aparır
14. Kargüzarlıq və arxiv işi haqqında hesabatlar hazırlayıb rəhbərliyə təqdim edir
15. Birbaşa rəhbəri tərəfindən vəzifə funksiyaları üzrə verilən digər tapşırıqları yerinə yetirir
16. Cəmiyyətə gələn qonaqları qarşılamaq və aidiyyatı işçilərlə görüşməsini təşkil etmək.

Tələb olunan peşə-ixtisas səviyyəsi:

1. Ali təhsil;
2. Microsoft Office, AutoCAD;
3. Azərbaycan, ingilis və rus dillərini bilməli;
4. Diqqətli, səliqəli, yenilikçi və təkmilləşdirməyə yönəlik olmalı.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV - foto şəkil ilə) [email protected] elektron poçtun ünvanına göndərə bilərlər.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər