Cümə, 15 İyul 2022 11:03

Analıq məzuniyyəti ilə bağlı protokol və əmr necə hazırlanmalıdır?

Satışı davam edən “A-dan Z-yə:Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Hamiləliyə və doğuma görə müavinət zamanı tələb olunan xəstəlik vərəqəsi hamilə qadınlara mama-ginekoloq həkimi tərəfindən verilir. Mama-ginekoloq həkimi olmadıqda, xəstəlik vərəqələri ümumi qəbul aparan həkim tərəfindən verilir.

Təzəcə doğulmuş uşağı birbaşa doğum evindən övladlığa götürən, yaxud övladlığa götürmədən uşaq böyüdərkən (ana öldükdə, stasionarda ruhi və digər xəstəliklərdən müalicə olunduqda və ananın uşağı böyütmək iqtidarında olmadığı sair hallarda) xəstəlik vərəqəsi doğum evinin baş həkimi tərəfindən övladlığa götürmə haqqında və övladlığa götürmədən uşaq böyütməsi haqqında sənədin təqdimindən sonra, doğum şəhadətnaməsində göstərilmiş uşağın anadan olan günündən etibarən 56 təqvim günü müddətinə verilir.

Xəstəlik vərəqəsi iki hissədən ibarətdir. Vərəqənin ön tərəfi səhiyyə müəssisəsi tərəfindən doldurulur. Arxa tərəfi isə işçinin işlədiyi təşkilat tərəfindən tərtib olunur. Vərəqənin arxa tərəfi özü də bir neçə hissədən ibarətdir. Onun bir hissəsini tabel uçotunu aparan işçi, bir hissəsini kadrlarla iş şöbəsi, bir hissəsini müavinət komissiyası, bir hissəsini isə mühasib doldurur və imzalayır. Vərəqənin arxa hissəsinə müəssisənin adı, işçinin vəzifəsi, əmək müqaviləsinin forması, hansı ildən hansı ilədək işləməsi, ümumi əmək stajı, protokolun nömrəsi, müavinətin növü, əmək haqqı barədə məlumatlar və digər rekvizitlər işlənilir.

Müavinət komissiyasının iclasında baxılmaq üçün işçi hamiləliyə və doğuşa görə məzuniyyətə çıxmaq və müavinət almaq barədə ərizə yazmalı, xəstəlik vərəqəsini ərizəyə əlavə etməlidir. Belə ərizənin nümunəvi formasını “Məzuniyyətlər” bölməsində təqdim etmişik. Əvvəlcə Müavinət komissiyasının iclasının protokolunun nümunəvi formasına baxaq, sonra əmri nəzərdən keçirərik.

«Alov» MMC-nin

Müavinət komissiyasının iclasının

PROTOKOLU № _____

Saatlı şəhəri                                       ____     ____________2019-cu il

 İştirak edirdilər:

  1. Əliyev Adil Camal oğlu (komissiyanın sədri)
  2. Qalabəyov Əlimərdan Həsən oğlu (komissiyanın üzvü)
  3. Məmmədov Kamil Amil oğlu (komissiyanın üzvü)

İclasın gündəliyi: Kadrlarla iş şöbəsinin mütəxəssisi Quliyeva Əsmər Qadir qızına hamiləlik və doğumla bağlı müavinətin ödənilməsi məsələsi

Eşidildi: Komissiyanın sədri Əliyev Adil Camal oğlu bildirdi ki, Quliyeva Əsmər Qadir qızı 2018-ci ilin fevralından “Alov” MMC-də Kadrlarla iş şöbəsinin mütəxəssisi vəzifəsində işləyir. Təkcə “Alov” MMC-də sosila sığorta stajı 6 aydan çoxdur. Komissiyanın sədri qeyd etdi ki, işçi 27 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş  “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin tələblərinə uyğun tərtib olunmuş hamiləlik və doğumla bağlı xəstəlik vərəqəsi təqdim edib. Sənədə uyğun olaraq onun sosial məzuniyyəti 126 gün olmalıdır.

Komissiyanın üzvü Qalabəyov Əlimərdan Həsən oğlu söz alaraq bildirdi ki, Quliyeva Əsmər Qadir qızının sənədlərinin hazırlanaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə təqdim etmək üçün heç bir hüquqi maneə yoxdur.

Komissiyanın digər üzvü Məmmədov Kamil Amil oğlu xəstəlik vərəqəsinin arxa hissəsinin müvafiq şöbələr tərəfindən doldurulması və mühasibatlıq tərəfindən işçinin sosial müavinətinin məbləğinin hesablanmasının vacibliyini vurğuladı.

 

Qərara alındı:

Kadrlarla iş şöbəsinin mütəxəssisi Quliyeva Əsmər Qadir qızının təqdim etdiyi xəstəlik vərəqəsinə əsasən sığortaolunanın 126 (bir yüz iyirmi altı) günlük hamiləliyə və doğuşa görə sosial məzuniyyətə çıxmaq və sosial sığorta ödənişləri hesabına müavinət almaq hüququ var.

 Komissiyanın sədri: ___________ Əliyev Adil Camal oğlu

Komissiyanın üzvü: ___________Qalabəyov Əlimərdan Həsən oğlu

Komissiyanın üzvü: ___________Məmmədov Kamil Amil oğlu

————————————————————————————

Növbəti addım məzuniyyət əmrinin layihəsinin kadrlarla iş şöbəsi tərəfindən hazırlanaraq təşkilatın rəhbərinə təqdim edilməsidir. Məzuniyyət əmrinin nümunəvi formasını təqdim edirik:

Blank “Alov” MMC

ƏMR

№________

Saatlı şəhəri                                       __ _________________2019-cu il

İşçiyə hamiləliyə və doğuşa görə məzuniyyətin təqdim edilməsi barədə

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 125-ci maddəsinin birinci hissəsini rəhbər tutaraq, “Alov” MMC-nin Müavinət komissiyasının ____ _____________2019-cu il tarixli, ____№-li protokoluna və Kadrlarla iş şöbəsinin mütəxəssisi Quliyeva Əsmər Qadir qızının ___ _______2019-cu il tarixli ərizəsinə əsaslanaraq

ƏMR EDİRƏM:

  1. Kadrlarla iş şöbəsinin mütəxəssisi Quliyeva Əsmər Qadir qızına 04 iyul 2019-cu il tarixindən 08 noyabr 2019-cu il tarixinədək, 126 təqvim günü müddətində hamiləliyə və doğuşa görə (sosial) məzuniyyət təqdim edilsin.
  2. İşçinin işə başlama tarixi 09 noyabr 2019-cu il hesab olunsun.
  3. Baş mühasib Səlimova Sultanə Sabir qızı və Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızı tələb olunan maliyyə və kadr sənədlərinin DSMF-nin müvafiq şöbəsinə təqdim olunmasını həyata keçirsinlər.
  4. Əmrin icrasına nəzarəti özümdə saxlayıram.

Direktor _______ Nəbili N.N.

Əmrlə tanış oldum:

__________ Səlimova S.S.    Tarix: ________

__________ Quliyeva Ə.Q.    Tarix: ________

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın