Cümə, 01 İyul 2022 09:42

İşəgötürənin təşəbbüsü ilə işçinin başqa işə keçirilməsi necə rəsmiləşdirilməlidir?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır. Başqa işə keçirilməyə yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. 

Başqa işə keçirilmə işçinin və ya işəgötürənin təşəbbüsü ilə həyata keçirilə, daimi və ya müvəqqəti ola bilər. İşəgötürənin səlahiyyəti var ki, istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə işçinin razılığı olmadan onu bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirsin. Ancaq bu  halda da işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir.

İşəgötürənin təşəbbüsü ilə başqa işə keçirmə (işçinin razılığının alınmasının nümunəvi forması)

“Alov” MMC

Satış şöbəsinin meneceri

Nəsibov Amil Seymur oğluna

Razılığın alınması

Başqa işə keçirilmə barədə

Sizə 05 iyul 2019-cu il tarixində satış şöbəsi daxilində daimi əsaslarla başqa işə - satış üzrə menecer vəzifəsindən satınalamalar üzrə menecer vəzifəsinə keçmək təklif olunur. Satınalmalar üzrə menecerin aylıq əmək haqqı ştat cədvəlinə uyğun olaraq 865 (səkkiz yüz altmış beş) manatdır.

Əmək şəraitinin digər şərtləri (iş və istirahət vaxtı, məzuniyyət və sair) dəyişməz qalır.

Kadrlarla iş şöbəsinin müdiri __________Ağazadə N.H.

Başqa işə keçirilməyə raziyam  ________ Nəsibov A.S.

03 iyul 2019-cu il

İşçinin razılığı alındığına görə bu halda ərizə yazılmasına ehtiyac yoxdur.

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın