Cümə axşamı, 30 İyun 2022 05:34

Məzuniyyəti əmsallaşdırmayan işəgötürənin son ayın əmək haqqı əsasında hesablama aparması qanun pozuntusudur?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

İşəgötürən işçinin əmək məzuniyyətinin əmsallaşdırılması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilən “Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması Qaydası”na riayət etməlidir. Bəzən işəgötürən kütləvi artım olmasına baxmayaraq, işçinin məzuniyyətinin əmsallaşdırılmasını həyata keçirmir və ən son əmək haqqı məbləğini əsas götürərək hesablama aparır.

Mİsal. İşçinin son 12 ayda əmək haqqı bir dəfə kütləvi və iki dəfə də fərdi artım hesabına yüksəlib. İşəgötürən əmsallaşdırma ilə bağlı hesablama həyata keçirmir və işçinin son əmək haqqı vasitəsilə məzuniyyət məbləğini müəyyən edir.

Dövlət Əmək Müfəttişliyinin yoxlaması zamanı məzuniyyət üzrə əmsallaşdırma həyata keçirilməməsi müəyyən edildikdə, dövlət qurumu tərəfindən İnzibati Xətalar Məcəlləsini 192.4-cü maddəsinə əsasən, işçinin məzuniyyət haqlarının  hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə etmək hüququna malıikdir.  Hətta, işəgötürən tərəfindən hesablanan məzuniyyət haqqı məbləği əmsallaşdırma tətbiq edildiyi hal üzrə çox olduğu halda da, dövlət qurumu qanunvericiliyin tələblərinə uyğun hesablama həyata keçirilmədiyi üçün inzibati cərimə tətbiq edə bilər.

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın