Cümə axşamı, 09 İyun 2022 09:46

Əmək münasibətləri yaradan xidməti müqavilələr necə ləğv edilməlidir?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

İlk olaraq müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə halında tərəflər arasında yaranan münasibətlərə baxaq. Son dəyişikliklərdən sonra bu münasibətlər birmənalı şəkildə əmək münasibətləri kimi qəbul olunur. Təcrübədə çox rast gəldiyimiz bir misal üzərindən qeyd olunan müddəanın tələblərini nəzərdən keçirək. Hər bir işəgötürəndə mühasib vəzifəsinin mövcudluğu heç kəsdə şübhə doğurmur, uçotun aparılmasının, dövlət qurumları qarşısında vergi, sosial və digər icbari öhdəliklərin icrasının və hesabatlılığın həyata keçirilməsinin təmin olunması baxımından ştat cədvəlini qeyd olunan vəzifəsiz təsəvvür etmək mümkün deyil. Ancaq təcrübədə bəzən işəgötürənlər mühasiblə əmək müqaviləsi yox, xidmət müqaviləsi bağlamağa üstünlük verirlər və bu vəzifənin əmək funksiyalarının icrasını işçiyə deyil, adətən VÖEN-i olan fərdi sahibkara həvalə edirlər. Bu, doğru deyil. Təbii ki, xidmət müqaviləsi əsasında maliyyə və mühasibatlıq xidmətlərinin birdəfəlik xarakterli olmasına istisna hal kimi baxılmalıdır.

Hesab edək ki, işəgötürən mühasib vəzifəsinin funksiyalarının icrası üçün artıq bir neçə ildir ki, fərdi sahibkarla mülki hüquqi müqavilə imzalayıb. Əmək Məcəlləsində son dəyişikliklər qüvvəyə mindikdən sonra həmin müqaviləyə xitam verilməli, mühasib vəzifəsinə qəbul olunan işçi ilə əmək müqaviləsi imzalanmalıdır. Mühasibin funksiyalarının xidmət müqaviləsi əsasında icrasının ləğvinin rəsmiləşdirilməsi üçün aşağıdakı məzmunda əmrin verilməsi tövsiyə olunur:

Blank “Alov” MMC

ӘMR  № ________

 

Şuşa şәhәri                                         __ _________________2021-ci il

Maliyyə-mühasib xidmətlərinin göstərilməsini nəzərdə tutan

mülki hüquqi müqavilənin ləğv edilməsi haqqında

Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinin 7-ci maddәsinin

2-3-cü hissəsinin 3-cü bəndinə və 2-4-cü hissəsinә әsaslanaraq

ӘMR EDİRӘM:

  1. Fərdi sahibkar Quliyev Rza Әşir oğlu ilə (VÖEN: 7500XXXXXX) maliyyə-mühasibatlıq xidmətlərinin göstərilməsi məqsədilə bağlanılmış 18 avqust 2019-cu il tarixli, 19/42 №-li mülki hüquqi müqavilə ləğv olunsun.
  2. Hüquq şöbəsinin müdiri Sadıqov Elcan Mürsəl oğlu mülki hüquqi müqavilənin ləğvi ilə bağlı qarşı tərəfi məlumatlandırmaqla tələb olunan hüquqi prosedurları və son hesablaşmaların həyata keçirilməsini təmin etsin.
  3. Ştat cәdvәlində aylıq vәzifә maaşı 752 (yeddi yüz әlli iki) manat müәyyәnlәşdirilmiş mühasib vəzifəsi yaradılsın.
  4. Kadrlarla iş şöbәsinin müdiri Ağazadә Nazlı Hәsәnağa qızı yeni işçinin qəbulu ilə bağlı prosedurları həyata keçirsin.
  5. Әmrin icrasına nәzarәti özümdə saxlayıram.

 

Direktor _______ Nәbili N.N.

Әmrlә tanış oldum: __________ Sadıqov E.M.

Tarix: ________

 

ƏMAS sistemi ilə bağlı növbəti tematik təlim

Təlimin adı:  ƏMAS altsistemi: Məlumatların işlənilməsi və reystrlər üzrə hesabatlılığın təmin edilməsi prosesi"

Tarix:  18 iyun 2022-ci il saat 10:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın