Çərşənbə axşamı, 10 May 2022 09:21

Xasiyyətnamə necə tərtib olunur? (Nümünəvi forma)

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Forma baxımından tələblərə gəlincə, mətndə işçinin adı, soyadı, atasının adı, vəzifəsi, işə qəbul olunduğu tarix mütləq əks etdirilməlidir. Qeyd etdiyimiz kimi xasiyyətnamənin xüsusi forması olmadığı üçün tərtibçi mətndə digər məlumatları da (məsələn, təhsili, ailə vəziyyəti) verməkdə sərbəstdir.

----------------------------------------------------------------------------------

Nümunə (baş mühasibə verilən xasiyyətnamə):

BLANK

XASİYYƏTNAMƏ

                Əhədov Sabir Şamil oğlu 10.10.2014-11.03.2019-cu tarixlərini əhatə edən dövrdə “Alov” MMC-də baş mühasib vəzifəsində işləyib. Əmək fəaliyyəti dövründə o, özünü intizamlı və məsuliyyətli işçi kimi təsdiq etməklə yanaşı, həm də təşəbbüskarlığı ilə seçilib və öz səlahiyyətləri daxilində mürəkkəb məsələlərlə bağlı düzgün qərarlar qəbul edib.

                Baş mühasib kimi daim normativ-hüquqi aktlardakı dəyişiklikləri izləyib və özünün peşəkar keyfiyyətlərinin yüksəldilməsi üçün mütəmadi müxtəlif təlim, seminar və konfranslarda iştirak edib.

                Korporativ norma və prinsiplərə əməl edən Sabir Əhmədov zəhmətkeşdir, yüksək əmək qabiliyyətinə malikdir. O, lazım gələndə işdən sonra çalışmaqla Cəmiyyətin çətin vaxtlarında ona öz işilə töhfə verməyə çalışıb.

                Sabir Əhədov işçilərinə münasibətdə də həmişə mehribançılığı, ünsiyyətcilliyi və etik davranış normalarına əməl etməsilə başqalarına örnək olub.

 

Direktor ________ Nüsrət Nəbili                               Tarix: ________

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

1 Şərh

  • Şərh bağlantısı Nəsimi Çərşənbə, 18 May 2022 06:05 tərəfindən təqdim olunub Nəsimi

    Salam
    Mən sizin nəşrlərinizi necə əldə edə bilərəm ?

Şərh yazın