İnsan Resursları (HR) sahəsi üzrə magistratura təhsili verən ən yaxşı universitetlər necə və hansı kriteriyalara əsasən seçilir?
Eduniversal burada universitetləri qiymətləndirmə meyarlarını 3 qrupa bölür və hər qrupa görə maksimum 5 bal verir:
- Universitetin reputasiyası (1-5 bal)
- Məzunun ilk əmək haqqı (1-5 bal)
- Tələbələrin məmnuniyyət səviyyəsi (1-5 bal)
Düşündüm ki, hamı üçün Şimali Amerika və Qərbi Avropa İnsan Resursları (HR) üzrə magistratura təhsili almaq üçün daha maraqlı olar, ona görə də bu bölgələr üzrə reytinqləri ön plana çıxardım. Gəlin tanış olaq.
Şimali Amerikada (ABŞ və Kanada) İnsan Resursları (HR) üzrə magistratura üçün 10 ən yaxşı universitetin sıralaması belədir (2015-2016):
- Purdue University (ABŞ)
- McGill University (Kanada)
- HEC Montréal (Kanada)
- Stanford University (ABŞ)
- Northwestern University (ABŞ)
- Cornell University (ABŞ)
- The University of Chicago (ABŞ)
- Queen’s University (Kanada)
- Texas A&M University (ABŞ)
- Michigan State University (ABŞ)
Şimali Amerika İnsan Resursları (HR) üzrə magistratura üçün 40 ən yaxşı universitetin reytinqini tam olaraq buradan yükləyə bilərsiniz.
Qərbi Avropada İnsan Resursları (HR) üzrə magistratura üçün 10 ən yaxşı universitetin sıralaması isə belədir (2015-2016):
- Copenhagen Business School (Danimarka)
- LSE – London School of Economics and Political Science (Böyük Britaniya)
- Rotterdam School of Management (Niderland)
- Università Bocconi (İtaliya)
- ESCP Europe Business School (Fransa)
- Nova School of Business and Economics – Universidade Nova de Lisboa(Portuqaliya)
- Warwick Business School – University of Warwick (Böyük Britaniya)
- Université Paris-Dauphine (Fransa)
- Manchester Business School – Faculty of Humanities (Böyük Britaniya)
- Université Catholique de Louvain – Faculté des Sciences Economiques, Sociales, Politiques et de Communication (Belçika)
Qərbi Avropada HR üzrə magistratura üçün 50 ən yaxşı universitetin reytinqini tam olaraq buradan yükləyə bilərsiniz.
Eduniversal reytinqlərinə əsasən digər bölgələrdə İnsan Resursları (HR) üzrə magistratura üçün ən yaxşı universitetlərin reytinqlərini aşağıdakı linklərdən yükləyə bilərsiniz:
Bununla bərabər Sizinlə QS World University Rankings-ə əsasən Sosial Elmlər və İdarəetmə (Social Sciences and Management) sahəsində dünyanın 10 ən yaxşı universitetinin də reytinqini təqdim edirəm (2015-2016). İlk onluqda ABŞ və Böyük Britaniya universitetlərinin hegemoniyası heç kim üçün sürpriz olmaz yəqin ki.
- Harvard University (ABŞ)
- London School of Economics and Political Science (LSE) (Böyük Britaniya)
- University of Oxford (Böyük Britaniya)
- University of Cambridge (Böyük Britaniya)
- Stanford University (ABŞ)
- Massachusetts Institute of Technology (MIT) (ABŞ)
- National University of Singapore (NUS) (Sinqapur)
- University of Chicago (ABŞ)
- University of California, Berkeley (UCB) (ABŞ)
- Yale University (ABŞ)