YENİLİK! ƏMAS platformasında məzuniyyətlə bağlı texniki boşluq aradan qaldırıldı

YENİLİK! ƏMAS platformasında məzuniyyətlə bağlı texniki boşluq aradan qaldırıldı

Dövlət qurumu tərəfindən ƏMAS platformasına yeni funksionallıqların inteqrasiyası ilə yanaşı, proqram təminatında mövcud olan uyğunsuzluqların da mərhələli şəkildə aradan qaldırılması davam etdirilir.

Məlum olduğu kimi, Əmək Məcəlləsinin 115-ci (əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri), 116-cı (əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası) və 117-ci (uşaqlı qadınların əlavə məzuniyyətləri) maddələri əlavə məzuniyyətlərin verilməsini tənzimləyir.

Həmin maddələrin tələblərinə əsasən, qeyd edilən əlavə məzuniyyətlər Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində nəzərdə tutulan işçilərə şamil edilmir.

Buna baxmayaraq, ƏMAS platformasında Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələri üzrə əsas məzuniyyət hüququ olan işçi seçildikdə, əlavə məzuniyyətlə bağlı digər iki sahə deaktiv edilsə də, Məcəllənin 115-ci maddəsi ilə tənzimlənən “Əmək şəraitinə görə əlavə (gün)” (bənd 4.28.2) bölməsi aktiv qalırdı.

Sözügedən xananın aktiv saxlanılması praktikada mütəxəssislər arasında haqlı olaraq müəyyən suallar və qeyri-müəyyənlik yaradırdı.

ƏMAS platformasında həyata keçirilən son yenilənmə ilə bu texniki boşluq artıq aradan qaldırılıb:

Şəkildən də göründüyü kimi, artıq Əmək Məcəlləsinin 119-cu maddəsinə əsasən əsas məzuniyyət hüququ olan əlilliyi olan işçi seçildikdə, əlavə məzuniyyətlə bağlı hər üç bölmə avtomatik olaraq deaktiv edilir.


“Əməyin uçotu: A-dan Z-yə” (V nəşr) artıq satışdadır!

HR mütəxəssislərinin və mühasiblərin ən çox istinad etdiyi masaüstü vəsaitlərdən biri olan “Əməyin uçotu: A-dan Z-yə” kitabının yenilənmiş V nəşri artıq satışdadır!

Yeni nəşrdə sizi nə gözləyir?

• 1024 səhifə aktual izah və praktiki məlumat;
• 1000-dən çox real iş situasiyasına uyğun praktiki nümunə;
• Əmək Məcəlləsinin son dəyişikliklər nəzərə alınmaqla maddə və bəndlər üzrə ətraflı izahı;
• Əmək qanunvericiliyinə aid digər normativ-hüquqi aktların geniş praktiki şərhi.

Sifariş üçün:

Əlaqə / WhatsApp: 055 368 12 72
E-mail: mksacademy2022@gmail.com

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

055-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər