Atalıq”, təhsil və yaradıcılıq məzuniyyəti: Sonuncu əmək haqqı tətbiq olunacaq? – RƏSMİ CAVAB
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsi 21 aprel 2026-cı il tarixində əmək qanunvericiliyində edilmiş son dəyişikliklər barədə işəgötürənlərin məlumatlandırılması məqsədilə vebinar keçirmişdir. Tədbir zamanı Əmək Məcəlləsi-də edilən dəyişikliklər izah olunmuş, həmçinin iştirakçıların sualları cavablandırılmışdır.
MKS Academy olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsi tərəfindən təşkil olunan vebinara görə təşəkkür edirik. Ümid edirik ki, bu kimi məlumatlandırıcı tədbirlər gələcəkdə də davamlı şəkildə həyata keçiriləcək. Saytımızda vebinarda müzakirə olunan əsas məsələlərlə bağlı məlumatları həmkarlarımızla bölüşəciyik.
Əmək Məcəlləsində 111-ci maddəsinə edilən dəyişikliyə əsasən, Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda, sonuncu əmək haqqından az olmamaqla, orta əmək haqqı saxlanılır.
Maraqlıdır ki, əmək məzuniyyəti ilə yanaşı təhsil, yaradıcılıq və “atalıq” məzuniyyəti də sonuncu əmək haqqı ilə müqayisə olunmalıdır?
Vebinar zamanı Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov məzuniyyətlərin sonuncu əmək haqqı ilə müqayiəsinə aydınlıq gətirib: “Əmək Məcəlləsinin 111-ci maddəsindəi “sonuncu əmək haqqından az olmamaqla” ifadəsindən istifadə edilib. Həmin maddə məzuniyyətin növlərindən asılı olmayaraq tətbiq edilməsini nəzərdə tutub yəni hər hansı bir məzuniyyət növü ilə məhdudlaşdırma tətbiq edilməyib. Bu da o deməkdir ki, istər təhsil, yaradıcılıq istərsə də atalara verilən 14 günlük ödənişli məzuniyyət dövründə sonuncu əmək haqqından az olmamaqla ödəniş təmin olunmalıdır.”
25 aprel 2026-cı il tarixdə saat 10:00-da onlayn formada keçiriləcək “Əmək müqaviləsi: A-dan Z-yə” mövzusunda tematik təlimdə, həmçinin əmək qanunvericiliyinə edilən son dəyişikliklərin əmək müqaviləsinə təsiri haqqında məlumatlar xüsusi olaraq təqdim ediləcək. Təlimdə iştirak üçün qeydiyyat 050 368 12 72 nömrəsi (WhatsApp aktivdir) vasitəsilə aparılır.

Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın