
FƏRQLİ YANAŞMA! İşəgötürən işçi ərizə yazmadığı halda da onu əmək məzuniyyətinə MƏCBURİ olaraq göndərə biləcək?
24 may 2025-ci il tarixdə onlayn formada həyata keçiriləcək növbəti tematik təlimimiz "Bütün növ məzuniyyətlər: A-dan Z-yə" adlanır. Təlimdə Əmək qanunvericiliyi üzrə mövcud tələblər və Əmək Məcəlləsində gözlənilən dəyişikliklər haqqında geniş məlumat veriləcək. Əmək, sosial, təhsil, ödənişsiz və yaradıcılıq məzuniyyət hüququ, hesablanması və rəsmiləşdirilməsi ilə yanaşı ƏMAS altsistemində elektron məzuniyyət əmrlərin daxil edilməsinin təqdimatı təlimdə keçiriləcək. Tematik təlimdə iştirak üçün əlaqə vasitələri: 050-368-12-72 saylı telefon (what's app da aktivdir) və [email protected] (email adress). Fərdi və ya təşkilat (e-qaimə, müqavilə və s.) hesabına qoşulmaq mümkündür.
Xəbər verdiyimiz kimi, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü və Şərqdə əmək münasibətləri üzrə ilk kollektiv müqavilənin 120 illiyi ilə əlaqədar keçirilən konfransda qeyd edib ki, hazırda Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklərin ən vacibi əmək məzuniyyəti və istifadə edilməmiş əsas məzuniyyət günlərinə görə kompensasiya ilə bağlıdır.
Əmək Məcəlləsinin 138-ci maddəsinə əsasən, bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Hal-hazırda qüvvədə olan əmək qanunvericiliyinə əsasən. işçi ərizə yazmadığı halda işəgötürən heç bir halda onu əmək məzuniyyətinə göndərə bilməz.
Əmək Məcəlləsində təklif edilən dəyişikliyə əsasən, Əmək Məcəlləsinin 138-ci maddəsinə yeni bəndin əlavə edilməsi gözlənilir. Həmin bəndə əsasən, işəgötürən işçinin məzuniyyət ərizəsi yazmadığı halda da onu əmək məzuniyyətinə göndərmək hüququ verilməsi planlaşdırılır. Qeyd edək ki. Əmək Məcəlləsinə əmək məzuniyyəti ilə bağlı edilən dəyişikliklərin əksəriyyəti Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” (1970-ci ildə yenidən baxılmış) 132 nömrəli Konvensiyasının tələblərinə uyğunlaşdırılması məqsədilə Məcəlləyə dəyişikliklər edilməsi nəzərdə tutulur.
Əmək məzuniyyəti, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və digər vacib dəyişiklər haqqında geniş məlumat 24 may 2025-ci il tarixdə "Bütün növ məzuniyyətlər: A-dan Z-yə" mövzusunda onlayn formada keçiriləcək tematik təlimdə daha geniş məlumat veriləcək. Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı telefonla (what's app da aktivdir) əlaqə saxlamağınız kifayətdir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2025
2. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025
3. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı"
4. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
5. ƏMAS Platforması - 2024 (II nəşr)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
Vergi uçotu: A-dan Z-yə (IX nəşr)
Vergi Məcəlləsi. Ümumi Hissəsinin izahı (V nəşr)
Əməyin uçotu: A-dan Z-yə (V nəşr)
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın