ƏMAS altsitemində SON YENİLİK! Əmək müqaviləsinə dəyişikliyin qüvvəyə minmə tarixi ilə bağlı BİLDİRİŞ

ƏMAS altsitemində SON YENİLİK! Əmək müqaviləsinə dəyişikliyin qüvvəyə minmə tarixi ilə bağlı BİLDİRİŞ

Növbəti tematik təlimimiz "Əmək müqaviləsinə xitam və ƏMAS altsistemi üzrə vacib məqamlar və yenilikliklər" mövzusuna həsrr olunub.
12 aprel 2025-ci il tarixdə keçiriləcək təlim onlayn ( ZOOM - saat 10:00 - 13:00) və əyani (Caspian Plaza - saat 14:00 -17:00) olaraq keçiriləcək. Onlayn (ZOOM) formada keçiriləcək tematik təlimin qiyməti 40 manatdır. Video recording və sertifikat təqdim edilir.  
Caspian Plazada keçiriləcək Əyani təlimdə iştirak isə 80 manatdır. Təlimə fərdi və ya təşkilat (müqavilə, e-qaimə və s.) hesabına qoşulmaq mümkündür. Təlimdə iştirak üçün 050-368-12-72 saylı (what's app da aktivdir) telefonla əlaqə saxlamağınız kifayətdir.

Xəbər verdiymiz kimi, ƏMAS altsisteminə bir sıra yeniliklər tətbiq edilib. Yeniliklərdən biri də əmək müqaviləsinə dəyişikliyin növbəti tarixlərdə qüvvəyə minməsi ilə bağlı bildirişin təqdim edilməsidir.  İşəgötürən tərəfindən işçilərin əmək müqaviləsinə dəyişiklik zamanı dəyişikliyin qüvvəyə minmə tarixi imzalanma tarixi yox, növbəti tarixlərdə qeyd edilə bilər. Misal üçün, işəgötürən işçinin beşgünlük iş rejimindən altı günlük iş rejiminə keçidlə bağlı dəyişikliyin qüvvəyə minmə tarixini bir aydan sonra müəyyən edə bilər. Bu halda işəgötürən və işçi tərəfindən imzalanan əmək müqaviləsinə dəyişikliyin statusu "qüvvəyə minəcək" statusunda olacaq. ƏMAS altsistemində edilən son dəyişikliyə əsasən, proqram təminatı tərəfindən dəyişikliyin tarixi bir aydan sonra qeyd edildiyi halda aşağıdakı formada bildiriş  təqdim edəcək:

Qeyd edək ki, ƏMAS altsistemi tərəfindən eyni bildiriş forması işçinin işə başlanma tarixinin də növbəti tarixlərdə qeyd edilməsi halında da tətbiq edilir. Proqram təminatı tərəfindən məlumat xarakterli təqdim edilən bildirişin tətbiq edilməsində məqsəd texniki səhvlərinin sayının azadılmasına xidmət edilməsidir. Bəzi hallarda işəgötürənlər ƏMAS altsistemində əmək müqaviləsinə dəyişikliyin qüvvəyə minmə tarixini texinki səhv olaraq növbəti ilin müvafiq tarixi kimi qeyd edirlər. Misal üçün, işəgötürən ƏMAS altsistemində əmək müqaviləsinə dəyişikliyin qüvvəyə minmə tarixini 01.05.2025-ci il əvəzinə 01.05.2026-cı il qeyd edir. ƏMAS altsistemi işəgötürənə həmin texniki səhv aradan qaldırılması üçün 24 saat vaxtı tanıdır. Həmin müddət keçdikdən sonra texniki səhvin aradan qaldırılması üçün işəgötürən müraciəti əsasənda mediasiya və ya məhkəmənin müvafiq sənədi barışıq protokolu və ya məhkəmə qərarı olmalıdır. Əks halda Dövlət Əmək Müfəttişliyi Xidməti sadəcə işəgötürənin rəsmi məktubu əsasında texniki səhvin aradan qaldırılmasını həyata keçirmir.

ƏMAS altsistemində edilən son dəyişikliklərin izahı həmçinin 12 aprel 2025-ci il (şənbə gün) tarixdə keçiriləcək "Əmək müqaviləsinə xitam və ƏMAS platforması" mövzusunda tematik təlimdə izah olunacaq. Həmçinin yeniliklərin ƏMAS altsistemində necə tətbiq edilməsi əyani olaraq təlim iştirakçılarına göstərilcək. Təlimdə iştirak üçün 050-368-12-72 saylı (what's app da aktivdir) telefonla əlaqə saxlamağınız kifayətdir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2025

2.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 

3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
4.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər