Anar Bayramovun təqdimatında: Kağız və elektron formada bağlanan əmək müqavilələrinin arxivləşdirilməsi necə həyata keçiriləcək?

Anar Bayramovun təqdimatında: Kağız və elektron formada bağlanan əmək müqavilələrinin arxivləşdirilməsi necə həyata keçiriləcək?

MKS Academy tərəfindən 5 aprel 2025-ci il (şənbə günü) tarixdə saat 10:00-də keçirləcək növbəti onlayn tematik təlim "Məzuniyyətin uçotu: A-dan Z-yə və ƏMAS altsistemində əmrlərin tərtibi" adlanır. 3 saat davam etməsi gözlənilən tematik təlimdə məzuniyyətin növləri, hüquqları və hesablanması qaydası ilə yanaşı bütün növ məzuniyyətlərin ƏMAS altsistemində tərtibi ilə bağlı məlumatlar veriləcək.   Onlayn (ZOOM) formada keçiriləcək tematik təlimin qiyməti 40 manatdır. Video recording və sertifikat təqdim edilir. Təlimə fərdi və ya təşkilat (müqavilə, e-qaimə və s.) hesabına qoşulmaq mümkündür. Qeydiyyat üçün 050-368-12-72 (what's app da aktivdir) saylı telefonla və ya [email protected] email adressi ilə əlaqə saxlamaq lazımdır 

Əmək Məcəlləsinin 86-cı maddəsi əmək müqavilələrinin və əmrlərin arxivləşdirilməsi prosesinə aydınlıq gətirir. Həmin maddənin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işəgötürən bağlanmış əmək müqavilələrini, oradakı dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətində saxlamağa borcludur və onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir. 

Qanunvericiliyin bu tələbini “vergiler.az”a iqtisadçı ekspert Anar Bayramov şərh edir.

 

Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar dedikdə, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) siyahısı" başa düşülür.

Müəssisə ləğv edildikdə kağız formada bağlanmış əmək müqavilələri Dövlət Arxiv İdarəsinə verilməlidir. Əmək Məcəlləsinin 86-cı maddəsinin 2-ci hissəsinə əsasən, müəssisə ləğv edildikdə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işəgötürəndə saxlanılan əmək müqavilələri müəyyən olunmuş qaydada müvafiq dövlət arxivinə təqdim edilir. Müəssisə yenidən təşkil olunduqda və ya mülkiyyətçisi dəyişdikdə isə həmin müqavilələr yeni işəgötürənə təhvil verilir. Kağız formada bağlanmış əmək müqaviləsi ilə bağlı xitam əmrlərinə gəlincə isə, həmin sənədləri işəgötürən beş il müddətində saxlamağa borcludur. Əmək Məcəlləsinin 86-cı maddəsinin 3-cü hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin (sərəncamın, qərarın) əslinin bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işəgötürən tərəfindən əmək müqaviləsinin mühafizə olunması barədə bu maddənin 1-ci hissəsi ilə müəyyən edilmiş qaydada və müddətdə saxlanılması təmin edilməlidir.

Əmək Məcəlləsinin 84-cü maddəsinin 4-cü hissəsinə əsasən, elektron sənəd formasında bağlanılan əmək müqavilələri barədə məlumatların arxivləşdirilməsi elektron informasiya sistemi vasitəsilə təmin edilir. Maddənin tələblərindən göründüyü kimi, istər dövlət, istərsə də özəl şirkətlər üçün elektron əmək müqavilələrinin arxivləşdiriməsi ilə bağlı tələblər fərqli formalaşır. Mülkiyyətindən asılı olmayaraq, işəgötürənlərin elektron sənəd formasında bağlanılan əmək müqavilələri barədə məlumatları beş il müddətində saxlamaq öhdəliyi yoxdur. Həmçinin, işəgötürən ləğv olunduğu halda, elektron əmək müqavilələrinin dövlət arxivinə verilməsinə ehtiyac yaranmır. Dövlət qurumu işəgötürənin ƏMAS altsistemində daxil etdiyi elektron sənəd formasında əmək müqavilələrinin arxivləşdiriməsi prosesini həyata keçirir. Əmək Məcəlləsinin 84-cü maddəsinin 4-cü hissəsində qeyd olunduğu kimi, elektron əmək müqavilələrinin arxivləşdirilməsi üzrə məsuliyyət artıq işəgötürənin yox, müvafiq dövlət qurumunundur.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2025

2.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 

3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
4.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər