MKS Academy 15 mart 2025-ci il tarixdə (şənbə günü), saat 10:00-13:00-də onlayn formada “Fərqli iş rejimlərində əmək haqqının hesablanması və ƏMAS-da əks etdirilməsi” və saat 14:00 – 17:00-da isə əyani formada "Vəzifə və əmək haqqının dərəcələndirilməsi, struktur və ştat cədvəlinin tərtibi" mövzusunda tematik təlim keçirəcək. Təlimdə iştirak etmək üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla əlaqə saxlaya bilərsiniz.
“Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) funksional imkanları mütəmadi artırılır və bu e-sistemə bir sıra yeni funksionallıqlar da əlavə olunacaq.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət sahələrində görülən işlərə və aparılan islahatlara dair keçirilən infosessiyada bildirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev son illər əmək münasibətlərinin rəqəmsallaşdırılması, əmək bazarına innovativ nəzarət mexanizmlərinin tətbiqi istiqamətində atılan addımları qeyd edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə ƏMAS-da əmək müqavilələrin e-qaydada bağlanılması və dəyişiklik edilməsi, əmrlərin elektronlaşdırılması, işçilər və işəgötürənlər arasında rəsmi yazışmalar, tibbi arayışlar və s. ilə bağlı yeni imkanlar yaradıldığı diqqətə çatdırılıb. Bildirilib ki, əmək münasibətləri üzrə e-nəzarət mexanizmlərinin genişləndirilməsi, kadr kargüzarlığı ilə bağlı sənədləşdirmələrin tam elektronlaşdırılması işləri davam etdirilir. ƏMAS-da əməyin mühafizəsi ilə bağlı bölmənin yaradılacağı, həmin e-sistem üzərindən işəgötürənlərə yeni xidmətlərin təqdim edilməsinin də nəzərdə tutulduğu qeyd edilib.
Elektron əmək müqaviləsi sisteminə keçid prosesinin uğurla davam etdiyi vurğulanıb. Əmək qanunvericiliyinə əməl olunmasına proaktiv qaydada e-nəzarət tədbirlərindən də bəhs olunub, e-audit modulu üzrə işlərin artıq yekunlaşdırıldığı bildirilib.
İş yerlərində əmək qanunvericiliyinin düzgün şəkildə tətbiqində işəgötürənlərə dəstək məqsədi daşıyan “DOST Müfəttiş” layihəsi, habelə Xidmətin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı görülən işlər qeyd edilib. İşğaldan azad edilmiş ərazilərimizdə də işəgötürənlər və işçilər üçün əmək qanunvericiliyi ilə bağlı aparılan ardıcıl maarifləndirmə tədbirlərindən bəhs olunub.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitə tərəfindən əmək sahəsi üzrə artıq 57 yeni milli standartın hazırlandığı və Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi qəbul edildiyi bildirilib.
İnfosessiyada qeyd edilən sahələrdə görülən işlər və hədəflər müzakirə edilib.
0 Komment
Şərh yazın