Kəmalə Yusifovanın təqdimatında: Tibb işçilərinin sertifikasiyası zamanı tələblər

Kəmalə Yusifovanın təqdimatında: Tibb işçilərinin sertifikasiyası zamanı tələblər

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə sertifikasiyaya cəlb edilirlər. İnsan Resusrları üzrə aparıcı mütəxəssis Kəmalə Yusifova bu sertifikasiyanın şərtlərini, qaydalarını açıqlayır.

Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Əmək Məcəlləsinin 67-ci maddəsinə əsasən, aşağıdakı işçilər sertifikasiya imtahanlarına cəlb olunmurlar:

      - Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilərin);

- Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində;

Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən sertifikasiyadan keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas verir.

Misal 1: İşçi “XX” MMC-də laborant olaraq çalışır və hazırda sosial məzuniyyətdədir. İşçi sosial məzuniyyətdə olduğu dövrdə Sertifikasiya Şəhadətnaməsinin müddəti bitib. Bu halda həmin işçi sosial məzuniyyətdə olduğu üçün sertifikasiya imtahanına cəlb edilməyəcək.

Misal 2: İşçi “AA” MMC-də laborant olaraq çalışır və diplomunu 01.11.2022-ci il tarixində alıb. İxtisasını təsdiq edən sənədin alınmasından 5 il müddət keçmədiyi üçün sertifikasiya imtahanına cəlb edilməyəcək.

İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800 manatdan 1.000 manatadək məbləğdə, hüquqi şəxslər 6.000 manatdan 8.000 manatadək məbləğdə cərimə edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarına əsasən sertifikasiya imtahan suallarının test hissəsi üzrə 40 və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunurlar.

Sertifikasiya imtahanında iştirak etmiş hər bir şəxsə onun tələbi ilə imtahanın nəticəsi üzrə arayış verilir. Nəticələrindən narazı qalan imtahan iştirakçısı bu barədə nəticənin ona elan olunduğu vaxtdan 5 gün müddətində mübahisəyə aydınlıq gətirilməsi üçün Sertifikasiya Şurasına müraciət edə bilər. Məsələ ərizəçinin iştirakı ilə araşdırılır.

Sertifikasiya imtahanının nəticələri əsasında Sertifikasiya Şurası sertifikasiyaya cəlb olunmuş hər bir tibb mütəxəssisi barədə müvafiq qərar qəbul edir. Sertifikasiyadan keçən şəxslərə sertifikasiya imtahanının bitdiyi gündən 5 iş günü müddətində sertifikasiya şəhadətnaməsi verilir, həmçinin şəhadətnamənin surəti onların təqdim etdikləri elektron poçt ünvanına göndərilir. Sertifikasiyadan keçmiş şəxslər 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər.

Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər.

Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər Attestasiya olunmayan işçilər siyahısına əlavə edilir.

Misal 3: 01.11.2024 tarixində “XX” MMC işçiləri attestasiyadan keçirir. Müəssisədə laborant olaraq çalışan qadın işçi həmin imtahana cəlb edilməyəcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın