İşəgötürən bədən tərbiyəsi və idman üzrə işçiyə hansı şəraiti yaratmalıdır? (4 VACİB MƏQAM)

İşəgötürən bədən tərbiyəsi və idman üzrə işçiyə hansı şəraiti yaratmalıdır? (4 VACİB MƏQAM)

Satışına start verilən "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" kitabından seçmə

q) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən  sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şərait yaratmaq;

Əmək Məcəlləsinin sonunda təqdim edilən əmək müqaviləsinin nümünəvi formasında “Bədən tərbiyəsi və idman üzrə” adlı bölmədə məlumatların daxil edilməsi tələbi var idi. Son dəyişiklikdən sonra işəgötürənə işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən  sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şərait yaratmaq vəzifəsi müəyyən edildi.
Əlavə edilən bəndlə bağlı bir neçə mühüm məqamı həmkarlarımızın diqqətinə çatdırmaq istəyirik.
Birinci məqam. Bəzi həmkarlarımız hesab edirlər ki, işəgötürən tərəfindən işçilər üçün bədən tərbiyəsi və idman üzrə şərait yaradılması imperativ yox, dispozitiv normadır. Amma son dəyişiklikdə də işəğötürənin vəzifələrinə “q” bəndinin əlavə edilməsi göstərir ki, işçi sayından asılı olmayaraq işəgötürənlər mütləq onlara qeyd edilən şəraiti yaratmağa borcludurlar.
İkinci məqam. İşəgötürən bədən tərbiyəsi və idmanla bağlı şəraiti iş vaxtında yarada bilər. Təcrübədə rast gəlirik ki, bəzi işəgötürənlər işçilərin bədən tərbiyəsi və idmanla məşğul olması üçün ofisdə stolüstü oyunlar (məsələn, tennis) təşkil edirlər.
Üçüncü məqam. İşəgötürən hər hansı sağlamlıq mərkəzi ilə əməkdaşlıq edərək işçilərin bədən tərbiyəsi üçün şərait yarada bilər. Misal üçün, praktikada bəzi işəgötürənlər fitnes, voleybol və ya futbol oyunları xidməti göstərən mərkəzlərlə müqavilələr bağlayaraq işçilərin bədən tərbiyəsi və idmanla məşğul olmasına şərait yaradırlar.
Dördüncü məqam. İşəgötürən işçilər arasında ayrı-seçkilik yaratmadan işçilərin bədən tərbiyəsi və idmanla məşğul olmasına şərait yaratmalıdır. Misal üçün, futbol meydançası olan şirkətlə müqavilə imzalamaqla yalnız kişi cinsindən olan işçilərə bədən tərbiyəsi və idmanla məşğul olmağa  şərait yaratmaq işçilər arasında ayrı-seçkilik kimi qiymətləndirilə bilər. Bu səbəbdən də, işəgötürənlər mütləq işçilərin rəylərini öyrənməklə onlar üçün müvafiq şəraiti yaratmalıdırlar.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər