Əmək Məcəlləsində edilmiş onlayn əmək müqaviləsi dəyişikliyi ilə bağlı 5 SUAL - 5 CAVAB

Əmək Məcəlləsində edilmiş onlayn əmək müqaviləsi dəyişikliyi ilə bağlı 5 SUAL - 5 CAVAB

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Əmək Məcəlləsindəki dəyişiklikləri artıq təsdiq edib. Mks.az saytının ekspertləri onlayn əmək müqaviləsi ilə bağlı təşkilatımıza daxil olan sualları ümumiləşdirərək 5 sual şəklində cavablandırıb.

Məlumat üçün bildirək ki, 20 avqust 2024-cü il tarixdən satışda olacaq “Əmək Məcəlləsi (son dəyişikliklərin izahı)” kitabında onlayn əmək müqaviləsi haqqında geniş məlumat verilib. Kitabı sifariş etmək üçün 050-368-12-72 saylı telefonla (what’s app da aktivdir) və ya [email protected] email adressi ilə əlaqə saxlaya bilərsiniz.

Sual 1. İşçilərin işə qəbulu mütləq onlayn əmək müqaviləsi ilə həyata keçirilməlidir?

Cavab: Son dəyişikliyin tələblərinə uyğun olaraq işəgötürənlər yeni işçinin işə qəbulunu mütləq onlayn əmək müqaviləsi vasitəsilə həyata keçirməlidirlər. Yeganə istisna Azərbaycan Respublikası Prezidentinin 8 iyul  2014-cü il tarixli, 206 nömrəli Fərmanı ilə təsdiq edilən dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrə (peşələrə) aiddir.

Prosesin necə həyata keçirilməsinə baxaq. İşəgötürən ƏMAS altsistemində əmək müqaviləsini hazırladıqdan sonra imzalanması üçün qarşı tərəfə (gələcək işçiyə) göndərir. İşə qəbul edilən işçi əmək müqaviləsini elekrtron imza ilə təsdiqlədikdən sonra sənəd hüquqi qüvvəyə minmiş sayılır. Məhz bu səbəbdən Əmək Məcəlləsində edilən son dəyişiklik nəticəsində “Əmək müqaviləsi bildirişi” anlayışı da ləğv edilib.

Sual 2. Hazırda ƏMAS altsistemində işçini köhnə qaydaya uyğun işə götürmək mümkündür?

Cavab: Mümkündür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müvəqqəti olaraq ƏMAS altsistemində işçinin həm onlayn əmək müqaviləsi ilə, həm də əvvəlki qaydada (əmək müqaviləsi bildirişi ilə) işə qəbuluna imkan yaratsın. Amma müəyyən dövrdən sonra işəgötürən tərəfindən işçinin işə qəbulu yalnız onlayn əmək müqaviləsi ilə mümkün olacaq.

Sual 3. İşəgötürən işə qəbul edilən şəxslə onlayn əmək müqaviləsi imzalamaq üçün hansı prosesləri həyata keçirməlidir?

Cavab: Yeni işə qəbul edilən şəxslə onlayn əmək müqaviləsi bağlanması üçün mütləq həmin şəxsin gücləndirilmiş elektron imzası olmasıdır. Gücləndirilmiş elektron imza dedikdə, Asan imza və ya SİMA imzası nəzərdə tutulur. Vətəndaş Asan imza əldə etmək üçün ilk növbədə mobil operatorlara, sonra isə Asan Xidmət mərkəzlərinə müraciət etməlidir. Sima imzası almaq üçün isə ilk növbədə mobil telefona SİMA proqram təminatı yüklənilməlidir. Proqram təminatı yükləndikdən sonra şəxsiyyət vəsiqəsi göstəriciləri (FİN və seriya nömrəsi) daxil edilir. Daha sonra SİMA proqram təminatının tələblərinə uyğun olaraq üz cizgilərinin tanınması prosesi həyata keçirilir. Proses uğurla başa çatdıqdan sonra proqram təminatına giriş üçün 6 rəqəmlik şifrə müəyyən edilir. Həm Asan imza, həm də SİMA proqram təminatı vasitəsilə ƏMAS platformasına daxil olmaq mümkündür.

Sual 4. Dəyişiklikdən öncəki müddətdə işçilərlə bağlanılmış əmək müqaviləsində dəyişikliklər də onlayn əmək müqaviləsi üzərindən aparılmalıdır?

Cavab: Əmək Məcəlləsində dəyişikliklərlə bağlı qanunun keçid müddəasında bildirilir ki, qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidentinin) müəyyən etdiyi orqanın (Nazirlər Kabinetinin) tərtib etdiyi mərhələlərə uyğun olaraq həyata keçirilir. Nazirlər Kabinetinin müvafiq qərarı hələ verilməsə də, ƏMAS altsistemi işəgötürənə əmək müqaviləsinə dəyişiklikliyi onlayn əmək müqaviləsi üzərindən aparılmasını təklif edir. Beləliklə, işəgötürən cari işçilərin əmək müqavilələrində dəyişikliyi 2 üsulla - öncəki qaydada və ya işçinin elektron imzası olarsa, onlayn əmək müqaviləsi üzərindən apara bilər.

Sual 5. İşəgötürən işçinin əmək müqaviləsinə xitam verdikdə qarşı tərəfin (işçinin) elektron formada razılığı tələb olunur?

Cavab: Əmək Məcəlləsində edilən dəyişikliyə əsasən, əmək müqaviləsinə xitam verilən zaman işəgötürən xitam əmrini elektron qaydada işçinin şəxsi kabinetinə göndərməlidir. Xitam əmrinin qarşı tərəfə göndərməkdə məqsəd xitamla bağlı işçinin təsdiqini almaq yox, bu barədə onu məlumatlandırmaqdır. Bu səbəbdən də, elektron əmək müqaviləsinin tətbiqi zamanı işçinin xitamla bağlı razılığı tələb edilmir.

Qeyd edək ki, MKS Academy tərəfindən Əmək Məcəlləsində edilən dəyişikliklər (onlayn əmək müqaviləsi, əmək kitabçası, müddətli əmək müqaviləsinə xitam və s.) haqqında tematik təlim 24 avqust və 07 sentyabr 2024-cü il tarixdə keçiriləcək. Əyani və onlayn qaydasında keçiriləcək tematik təlim haqqında ətraflı məlumat əldə etmək 050-368-12-72 saylı telefonla (what’s app da aktivdir) və ya [email protected] email adressi ilə əlaqə saxlaya bilərsiniz.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
4.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

1 Komment

  1. Könül Kərimova 19 Avqust 2024

    Köhnə işçilərlə yeni qaydada müqavilə bağlayacıq, bu aydın oldu, bəs indiyəcən olan stajları necə işəgötürən tərəfindən sistemə yüklənməlidirmi?

Şərh yazın

Xəbərlər