İşçinin ezam olunduğu yerdə əmək qabiliyyətini itirməsi halı necə tənzimlənir?

İşçinin ezam olunduğu yerdə əmək qabiliyyətini itirməsi halı necə tənzimlənir?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə

Mümkündür ki, işçi ezam olunduğu yerdə əmək qabiliyyətini müvəqqəti itirsin.  
Mİsal. İşçi xarici ölkədə ezamiyyətdə olduğu zaman avtoqəza keçirdiyi üçün əmək qabiliyyətini itirir. Bu zaman işəgötürən tərəfindən ezamiyyə norması və ya müavinət ödənilməlidir?
Qaydaların “Ümumi müddəalar” bölməsinin 10-cu maddəsinə əsasən, ezam olunmuş işçi ezamiyyə müddətində əmək qabiliyyətini müvəqqəti itirdiyi halda, ona səhhətinə görə həvalə olunmuş xidməti tapşırığı yerinə yetirmək və yaxud daimi yaşayış yerinə qayıtmaq imkanı olmadığı dövr üçün (altı aydan artıq olmamaq şərti ilə) ezamiyyə xərclərinin 1 günlük normasına uyğun xərclər ödənilir.
Maddənin tələblərindən göründüyü kimi, ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ödənişlər həyata keçirilir, amma 6 aydan çox olmamaq şərti ilə. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsinə gəlincə isə, əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr üçün ezam olunan işçiyə ümumi əsaslarla əmək qabiliyyətini müvəqqəti itirməsi üzrə müavinət verilir. Yəni Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək qabiliyyətinin itirilməsinə görə ilk 14 təqvim gününə düşən iş günləri işəgötürən, qalan müddət isə DSMF tərəfindən ödənilir. Qaydaların bir tələbi odur ki, ezam olunmuş işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, həmçinin də səhhətinə görə daimi yaşayış yerinə qayıtmaq imkanı olmaması səhiyyə xidmətləri tərəfindən müəyyən olunmuş qaydada təsdiq edilməlidir.
Səhiyyə müəssisəsi işçinin əmək qabiliyyətini itirməsini təsdiq etməklə yanaşı, onun səhhətinə görə daimi yaşayış yerinə qayıtmaq imkanının olub-olmamasını da müəyyən etməlidir. Mümkündür ki, işçinin müalicə aldığı dövrdə və ya həmin dövrdən müəyyən müddət sonra uzaq səfərə çıxmasına icazə verilməsin. Bu məsələ səhiyyə müəssisəsinin təqdim etdiyi sənəddə öz əksini tapmalıdır.

Nazirlər Kabinetinin 189 saylı qərarına uyğun olaraq, ezam olunan işçinin xaricdə əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar verilmiş sənədlər yaşayış və ya iş yeri üzrə müalicə - profilaktika idarələri tərəfindən xəstəlik vərəqələri ilə əvəz olunur, iş yerində ümumi əsaslar üzrə sığortaolunana müavinət təyin edilir və müəyyən edilmiş qaydada ödənilmə həyata keçirilir. Yəni işçi həmin sənədlər əsasında yaşayış və ya iş yeri üzrə müalicə - profilaktika idarəsinə müraciət edərək müvafiq xəstəlik vərəqəsi əldə etməlidir. 
Qeyd edək ki, qaydların tələblərinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirildiyi günlər ezamiyyətin müddətinə daxil edilmir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər