YENİ DƏYİŞİKLİK! Müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı HR-ların iş yükünə təsir edən dəyişiklik (2-ci yazı)

YENİ DƏYİŞİKLİK! Müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı HR-ların iş yükünə təsir edən dəyişiklik (2-ci yazı)

Mks. az saytının ekspertləri Əmək Məcəlləsinə təklif edilən son dəyişiklikləri izah edir

Əmək Məcəlləsində dəyişikliklər barədə layihə paketi Milli Məclisə təqdim edilib. Hər zaman olduğu kimi, mks.az saytının ekspertləri Əmək Məcəlləsində təklif edilən dəyişikliklər haqqında silsilə yazıları həmkarlarımızın diqqətinə çatdıracaq. 
Həmçinin 29 iyun 2024-cü il tarixdə keçirilən “Əmək Məcəlləsinə son dəyişikliklər: A-dan Z-yə” adlı tematik təlimdə də dəyişikliklər haqqında geniş məlumat veriləcək.

Əmək Məcəlləsinin 73-cü, “Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası” maddəsinə təklif edilən dəyişiklikdə müddətli əmək müqaviləsi verilməsi qaydasının dəyişdirilməsi nəzərdə tutulub. Qüvvədə olan əmək qanunvericiliyinə əsasən, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
Təklif edilən dəyişikliyə əsasən, müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən biri digər tərəfi müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməlidir. Əks halda həmin müqavilənin müddəti əmək müqaviləsində göstərilən müddətə uzadılması təklif edilir. Təklif edilən dəyişikliyi həmkarlarımızın diqqətinə çatdırırıq:

Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
Misal. İşəgötürən və işçi arasında bağlanan müddətli əmək müqaviləsi 28 iyun 2024-cü il tarixdə başa çatdır. Əgər işəgötürən işçiyə 21 iyun 2024-cü il tarixdə (müqavilənin bitməsinə bir həftə qalmış) yazılı formada müqavilənin başa çatması haqqında xəbərdar etməzsə, artıq həmin müqavilənin əmək müqaviləsində göstərilən müddətə artırılması nəzərdə tutulur.
Qeyd edək ki, təşkilatımızın hal-hazırda satışda olan “Əməyin uçotu: A-dan Z-yə” (IV nəşr) kitabında qeyd etmişdik ki, müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı proses Rusiyada fərqli formada həyata keçirilir. Nəşrimizdən həmin hissəsini təqdim edirik: “Məlumat üçün bildirək ki, Rusiyanın əmək qanunvericiliyində müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı işçiyə xəbərdarlıq edilməsi nəzərdə tutulub. Rusiya Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, işəgötürən tərəfindən işçiyə işdən çıxarılmağa ən azı üç təqvim günü qalmış əmək müqaviləsinin müddətinin başa çatmasına görə ona xitam verilməsi barədə yazılı məlumat verilməlidir. 
Fikrimizcə, gələcəkdə ölkəmizdə əmək müqaviləsi başa çatdıqdan sonra 1 həftəlik müddətin müəyyən edilməsi əvəzinə bu cür praktikanın tətbiq edilməsi daha düzgün olardı.
Həmçinin, Rusiya Federasiyası Əmək Məcəlləsinin 58-ci maddəsində qeyd edilir ki, tərəflərdən heç biri müddətli əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar ona xitam verməyi tələb etməzsə və işçi əmək müqaviləsinin müddəti bitdikdən sonra işləməyə davam edərsə, əmək müqaviləsinin müddətli olması şərti qüvvəsini itirir və əmək müqaviləsi qeyri-müəyyən müddətə bağlanmış hesab olunur.
Göründüyü kimi, qonşu ölkədə müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı halların tənzimlənməsi daha sərtdir.”

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

1 Komment

  1. Rəşad 14 İyun 2024

    Mənə qaranlıq qalan məsələ orasındadırki bəzi idarə və təşkilatlarda müqavilənin vaxtı bitəndən sonra işçini çıxardıb atıllar kənara. Vətəndaş hara iş üçün müraciət edirsə deyillərki 35 yaşı keçmisən.Bəs bu vətəndaş 35 yaşından sonra heçarda işə girə bilməyəcəksə niyə 45 50 yaşında çıxardıllar ? Onda niyə 35 yaşından pensiya vermillər ? Xahiş edirəm 35 yaşdan sonra işçinin töhməti yoxdursa və özü işdən çıxmaq istəmirsə işə götürən işçinin müqaviləsinə xitam verməsi qərarı ləğv olunsun.Çünki vətəndaşlar 35 yaşdan sonra işə girə bilmillər.

Şərh yazın

Xəbərlər