Qısadımış iş vaxtı ilə çalışan işçi iş qrafikini özü tərtib edə bilər?

Qısadımış iş vaxtı ilə çalışan işçi iş qrafikini özü tərtib edə bilər?

Satışına START verilən “Əməyin uçotu: A-dan Z-yə” (IV nəşr) kitabından seçmə

Misal.  Hamilə işçi qısadılmış iş vaxtının tətbiq ilə bağlı işəgötürənə ünvanladığı ərizəsində həftənin ilk 4 günü saat 09:00-da yox, saat 10:00-da işə başlamağı xahiş edir. İşəgötürənin işçinin tələbini təmin etməməsi əmək qanunvericiliyinin tələblərinə ziddir?
Qeyd etdiyimiz kimi, əmək qanunvericiliyə əsasən qısadılmış iş vaxtının tətbiqi işəgötürən üçün imperativ normadır. Amma qısadlımış iş vaxtının konkret hansı saatlara uyğun nizamlanması məsələsi əmək qanunvericiliyində nəzərdə tutulmayıb. Buna görə də işəgötürən işçi üçün qısadılmış vaxtı qrafikinin müəyyən edilməsində daha üstün hüquqa malikdir. Əmək Məcəlləsində yalnız qısadılmış iş vaxtı normasının maksimum saatı qeyd edilib. 
Qanunvericilikdə qısaldılmış iş vaxtının konkret hansı saatları əhatə etməsi qeyd edilməməklə yanaşı, iş qrafikinin müəyyənləşdirilməsində “işçi ilə işəgötürənin qarşılıqlı razılığı” ifadəsidən də istifadə olunmayıb. O səbəbdən də, işəgötürən misalımıza uyğun olaraq, işçinin iş vaxtının saat 10-dan başlaması xahişini yerinə yetirməzsə, əmək qanunvericiliyinin tələblərini pozmuş olmayacaq. Adətən, beşgünlük iş rejimində qısadılmış iş vaxtı işçinin həftənin dörd günü işdən digərlərindən 1 saat əvvəl getməsi və ya hər iş günü 48 dəqiqə (4 saat (qısadılmiş vaxtının saatı həcmi) / 5 (iş günlərinin sayı) tez çıxması ilə tənzimlənir.
Sonradan hər hansı problem yaranmaması üçün işəgötürənin qısadılmış iş vaxtının konkret saatlarını daxili sənədlərdə qeyd etməsi daha məqsədəuyğundur. İşəgötürən qısaldılmış iş vaxtı ilə işləyən bir işçinin xahişinə əsasən, onun işə 1 saat gec gəlməsinə razılıq verib, digər işçinin analoji xahişini rədd edərsə, bu hal artıq işçilərə münasibətdə ayrı-seçkilik kimi qiymətləndirilə bilər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - 9 APREL TARİXİNDƏN SATIŞDA

8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda

10. Əmək Bələdçisi - 2024 - May ayından satışda

11.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər