İşəgötürən əmək şəraitinin şərtlərini necə dəyişdirə bilər? (Misalla izah)

İşəgötürən əmək şəraitinin şərtlərini necə dəyişdirə bilər? (Misalla izah)

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 56-cı, “Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi” maddəsinə əsasən, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.
Maddədə diqqət yetiriləsi iki məqam var. Birincisi, hansı halda əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə zəruriyyətin yaranmasıdır. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi üçün işəgötürənin ciddi əsası olmalıdır. 
Mİsal 1. İşəgötürən maliyyə göstəricilərində artım olmasına baxmayaraq, qərar verir ki, işçilərin əmək haqları 30 faiz azaldılsın. İşəgötürənin bu qərarı işçilərin əmək hüquqlarının pozulmasıdır.
Mİsal 2. İctimai iaşə sahəsində fəaliyyət göstərən işəgötürən koronavirus pandemiyası ilə bağlı fəaliyyətinə məhdudiyyət qoyulmasını əsas tutaraq, müəssisədə iş vaxtının 8 saat yox, 6 saat müəyyən edilməsinə qərar verir. Göründüyü kimi, işəgötürənin əmək şəraitinin şərtlərinə dəyişiklik etməsi üçün əsası var.
Mİsal 3. Maska istehsalı ilə məşğul olan işəgötürən koronavirus pandemiyası ilə əlaqədar istehsalın həcminin artırılması üçün işçilərin beşgünlük iş rejimindən altıgünlük iş rejiminə keçməsinə qərar verir. Göründüyü kimi, işəgötürənin qərarının əsasında istehsal gücünün artırılması dayanır.
Maddədə diqqət yetiriləsi ikinci məqam işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işini davam etdirməsidir. 
Mİsal 1. “Bakı Metropoliteni” QSC qərar verir ki, ödəniş terminallarının tətbiq olunması ilə bağlı kassirlər ixtisar olunsun və həmin işçilərə metro növbətçisi vəzifəsi təklif edilir. Artıq bu prosses əmək şəraitin dəyişməsi kimi qəbul edilməməlidir. Çünki Əmək Məcəlləsinin 56-cı maddəsində konkret qeyd edilir ki, işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitin dəyişdirilməsi mümkündür. Bizim misalda işçinin tamam başqa ixtisas, peşə və vəzifəyə keçirilməsi təklif olunur.
Mİsal 2. İşəgötürən qərar verir ki, Şuşa şəhərində filialın açılması məqsədilə bank sektorunda çalışan 10-a yaxın işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə həmin filialın işçi heyəti müəyyənləşdirilsin. Bu hal əmək şərtlərinin dəyişməsidir, çünki işçilər iş ünvanlarını dəyişmək zəruriyyətində qalırlar.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər