Maraqlıdır ki, komissiya hansı hallarda müavinətin təyin olunmasından imtina edə bilər? Xəstəlik vərəqəsində həkimlər xəstəliyin gedişatı ilə bağlı qeydlər aparmalıdır. Həkim işçiyə yataq rejimində müalicə təyin edə bilər. Komissiya müəyyən etsə ki, işçi xəstəlik dövründə xarici ölkəyə və ya hər hansı bölgəyə istirahət məqsədilə səfər edib, o zaman qərar verə bilər ki, işçi xəstəliklə bağlı tələblərə riayət etmədiyi üçün, ona müavinət verilməsindən imtina olunur.
Xəstəlik vərəqəsinin səhiyyə müəssisə tərəfindən düzgün verilib-verilməməsinin araşdırılması isə bir az mübahisəli haldır. İşəgötürən təkrar müayinə tələb edərsə, bu zaman səhiyyə müəssisəsi məlumat verə bilər ki, xəstəliyin ilk günlərində xəstənin vəziyyəti orta və ya ağır qiymətləndirildiyi üçün işçiyə xəstəlik vərəqəsi açılıb.
İşəgötürən işçinin xəstəliyindən şübhələnərsə, o zaman həmkarlar komitəsindən geniş araşdırma tələb edə bilər. Həmkarlar komitəsi araşdırmadan sonra işçinin xəstəlik vərəqəsində problemlər aşkarlayarsa, bu zaman xəstəlik vərəqəsində imtina haqqında qeydlər aparılır və hər hansı ödəniş həyata keçirilmir. Misal üçün, həmkarlar komitəsi araşdırma zamanı müəyyən edir ki, işçi xəstəlik dövründə övladına toy edib və təqdim etdiyi sənədi almaqda məqsədi şəxsi məsələlərini həyata keçirimək olub. Bu zaman komissiya xəstəlik vərəqəsinə imtina yazmaqla yanaşı, işçiyə qarşı intizam tədbirləri də görə bilər.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.