İcaze.e-gov.az portalında ləğv edilən iş icazələri ilə bağlı 5 mif və reallıq

İcaze.e-gov.az portalında ləğv edilən iş icazələri ilə bağlı 5 mif və reallıq

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən www.icaze.e-gov.az portalında xeyli sayda iş icazələri ləğv edilib. Bununla bağlı Mks.az saytına çoxlu müraciətlər daxil olduğundan məsələni aydınlaşdırmağa çalışdıq.

Mks.az saytının eksperti, “Vergi uçotu: A-dan Z-yə” və “Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020” kitablarının müəllifi Anar Bayramov iş icazəsi ilə bağlı bəzi vergi ödəyicilərində formalaşmış 5 mifə (yalnış fikrə) aydınlıq gətirib.

Birinci mif: 5 iyuldan etibarən fəaliyyəti məhdudlaşdırılan sahələrin siyahısı genişləndirilib.

 Açıqlama: Fəaliyyətinə tam məhdudiyyət qoyulan sahələrin siyahısı Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli, 208 saylı qərarı ilə tənzimlənir. Həmin sahələrin siyahısı yazının sonuna əlavə edilib. Sadəcə, 5 iyul 2020-ci il tarixdən etibarən sərt karantin rejiminin əhatə etdiyi ərazilərin coğrafiyası genişlənib. Goranboy, Göygöl və Mingəçevir şəhərləri,  Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları da 5 iyul saat 6:00-dan 20 iyul saat 6:00-dək sərt karantin rejimi tətbiq edilən ərazilərə daxil olunub.

Qeyd olunan tarixədək sərt karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda tətbiq edilirdi. Həmin ərazilər üzrə də xüsusi karantin rejimi 20 iyuladək uzadılıb.

 İkinci mif: 5 iyulda bütün işəgötürənlərin iş icazəsi ləğv edilib.

 Açıqlama: İcaze.e-gov.az portalında fəaliyyətinə icazə verilən sahələr üzrə hər hansı ləğvetmə həyata keçirilməyib.  Ləğvetmə fəaliyyəti tam məhdudlaşdırılan və işçi sayına 50 faizlik məhdudiyyət tətbiq edilən sahələr üzrə icra olunub. Həmçinin, fəaliyyəti tam məhdudlaşdırılan sahələrə aid edilən işəğötürənlərin yeni işçi əlavə etmək funksiyası da məhdudlaşdırılıb.

 Üçüncü mif: İş icazələrinin ləğvi siyahısını Asan Xidmət müəyyən edir.

 Açıqlama: Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi iş icazələrinin ləğvi zamanı texniki prosesi həyata keçirir. Agentlik ləğv ediləcək iş icazələri üzrə vergi ödəyicilərinin siyahısını İqtisadiyyat Nazirliyindən əldə edir. İqtisadiyyat Nazirliyi isə fəaliyyət kodlarına əsasən siyahını müəyyənləşdirirkən, Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli və 208 saylı qərarını əsas götürür.

 Dördüncü mif: İş icazəsi ilə bağlı vergi ödəyicilərinin fəaliyyət göstəridiyi sahələr müəyyən edilməyib.

 Açıqlama: Böyük ehtimalla, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidməti Nazirlər Kabinetinin 208 saylı qərarına əsasən, fəaliyyəti məhdudlaşdırılan və 50 faizlik limit tətbiq edilən sahələrin vergi ödəyicilərinin fəaliyyət kodlarına uyğunlaşdırılmasını həyata keçirib. Öncədən bildirək ki, bəzi fəaliyyət kodları üzrə vergi ödəyiciləri səhvən icazə verilməyən sahələrə aid edilməsi də rast gəlinir.

Bu zaman bəzi xüsusi məqamlar ortaya çıxıb.

Misal 1. Kurs fəaliyyətini həyata keçirən vergi ödəyicisi Nazirlər Kabinetinin 208 saylı qərarına uyğun olaraq, fəaliyyəti məhdudlaşdırılan iş və xidmət sahələrinə aiddir.

Qərarın 1.1.5-ci bəndinə uyğun olaraq, təhsil müəssisələri (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla) fəaliyyəti tam məhdudlaşlaşırılan sahələrə aid edilir.

Hazırda onlayn kurslar keçirən vergi ödəyici işçilərinə iş icazəsi almaq istəsə də, buna müvəffəq olmayacaq.

Eyni hal ictimai iaşə xidmətlərində də problem yaradıb. Nazirlər Kabinetinin 208 saylı qərarında ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər üzrə fəaliyyət dayandırılıb. Amma çatdırılma xidməti göstərən ictimai iaşə obyektlərin sahibi olan işəgötürənlər işçilərinə iş icazəsi ala bilməyib.

Misal 2. Bəzən ərzaq məhsullarının satışı sahəsində fəaliyyət göstərən fərdi sahibkar da icazə ala bilmir. Qeyd etdiyimiz fəaliyyət Nazirlər Kabinetinin 208 saylı qərarında icazə verilən sahəyə aid olduğundan işəgötürənə məhdudiyyət qoyulmamalıdır. Amma vergi ödəyicisinin əsas fəaliyyət növünün kodu başqa olduğundan Dövlət Vergi Xidməti həmin vergi ödəyicisini də fəaliyyəti məhdudlaşdırılanların siyahısına aid edib.

Xatırlayarsınızsa, bir müddət əvvəl vergi ödəyicilərinin əksəriyyəti 96090 (DİGƏR QRUPLARA DAXİL EDİLMƏYƏN SAİR FƏRDİ XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ) kodunu seçirdi ki, bu səbəbdən də hazırda onların iş icazəsi ilə bağlı problem yaranır.

 Beşinci mif: İş icazəsinə məhdudiyyət qoyulan vergi ödəyicisi karatin rejiminin sonuna qədər fəaliyyət göstərə bilməz.

 Açıqlama: Vergi ödəyicisinin fəaliyyət sahəsi icazə verilənlərin siyahısındadırsa, ancaq fəaliyyət kodu ilə bağlı problem yaranırsa, o zaman işəgötürən onlayn kargüzarlıq vasitəsilə fəaliyyət kodunun dəyişdirilməsi ilə bağlı müraciət edə bilər. Vergi ödəyicisinin fəaliyyət kodu dəyişdirildikdən sonra, icaze.e-gov.az portalında qoyulan məhdudiyyət aradan qaldırılacaq.

Eyni hal əsas fəaliyyəti məhdudlaşdırılan sahəyə aid olan, amma digər fəaliyyət növü üzrə iş və xidmət təqdim edənlərə də şamil olunur. Bu halda vergi ödəyicisi vergi orqanına eyni qaydada müraciət etməklə fəaliyyətinə qoyulan məhdudiyyəti aradan qaldırılmasına nail ola bilər.

 Nazirlər Kabinetinin  19 iyun 2020-ci il tarixli, 208 saylı qərarın əsaasən, fəaliyyətinə icazə verilən sahələr aşağıdakılardır:

  1. Səhiyyə və sosial sahə üzrə:

1.1. elmi tədqiqat və laborator xidmətləri;

1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;

1.3. baytarlıq xidmətləri;

1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;

1.5. sosial xidmətlər;

1.6. sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.

  1. İnfrastruktur sahəsi üzrə:

2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);

2.2. elektrik enerjisinin istehsalı və təchizatı;

2.3. su təsərrüfatı və meliorasiya;

2.4. telekommunikasiya və rabitə xidmətləri.

  1. Nəqliyyat və logistika sahəsi üzrə:

3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;

3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;

3.3. logistika xidmətləri;

3.4. ictimai nəqliyyat və taksi xidmətləri.

  1. Əsas istehsalat növləri:

4.1. müdafiə sənayesi məhsullarının istehsalı;

4.2. neft avadanlıqları və qurğularının istehsalı;

4.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;

4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

4.5. kimyəvi məhsulların istehsalı;

4.6. kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;

4.7. əkinçilik, növbəli suvarma, bitki mühafizə xidməti və məhsul yığımı;

4.8. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

4.9. neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi;

4.10. metallurgiya sənayesi üzrə fəaliyyət;

4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

4.12. mühəndislik və layihələndirmə xidmətləri;

4.13. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri;

4.14. qablaşdırma məhsullarının istehsalı;

4.15. daş, metal və taxta məhsullarının istehsalı;

4.16. mebel istehsalı və təmiri;

4.17. diri heyvanların kəsimi.

  1. Pərakəndə və topdan satış üzrə:

5.1. ərzaq məhsullarının satış məntəqələri;

5.2. apteklər;

5.3. yanacaqdoldurma məntəqələri;

5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;

5.6. onlayn satışlar.

  1. Məişət xidmətləri üzrə:

6.1. məişət tullantılarının yığılması və utilizasiyası;

6.2. kimyəvi təmizləmə;

6.3. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

6.4. avtomobillərin təmiri;

6.5. avtomobil yuyulma məntəqələri;

6.6. heyvan sığınacaqları.

  1. Kütləvi informasiya vasitələri.
  2. Maliyyə təşkilatları üzrə:

8.1. banklar və bank olmayan kredit təşkilatları, lombardlar;

8.2. investisiya şirkətləri, fond birjaları;

8.3. sığorta təşkilatları;

8.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.

  1. Xüsusi xidmət növləri üzrə:

9.1. çatdırılma xidmətləri;

9.2. tərcümə xidmətləri;

9.3. poçt xidmətləri;

9.4. dezinfeksiya xidmətləri.

  1. Vəkillik fəaliyyəti.

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşrini

GƏLƏN HƏFTƏDƏN SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

 
 
 

1 Komment

  1. Bayramov Nizami Xasay 06 İyul 2020

    saıam! mən fiziki şəxs kimi fəaliyyət göstərirəm və vergi ödəyicisiyəm...fəaliyyət ancaq işlənmiş metal avsdanlıqlarını yerli bazardan alıram və xarici ölkələrə ixrac edirəm.. Maliyyə məsələləri ancaq iki tərəfli bank əlaqəsi ilə yerinə yetirilir... Asan imza ilə fəaliyyətimə nəzarət olunur, tam şəfffaflıq halında... İyulun 5 dən mənə icazə. gov portalı sərbəst iş rejiminə məhduduyyət qoyub... 1 sutkada 2 saat! Mən nə etməliyəm ki, fısliyyətim bərpa olunsun, yəni vaxt limiti ləğv edilsin?

Şərh yazın

Xəbərlər