Xidmət müqaviləsi ilə çalışanlar üçün: Vergi və sosial ayırma dəyişikliklərin ƏN SADƏ İZAHI

Xidmət müqaviləsi ilə çalışanlar üçün: Vergi və sosial ayırma dəyişikliklərin ƏN SADƏ İZAHI

Iqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikasının “Vergi Məcəlləsi” və Azərbaycan Respublikasının “Sosial sığorta haqqında”qanuna edilən dəyişiklər mülki hüquqi müqavilə (xidməti müqavilə) ilə fəaliyyət göstərən əmək bazarı iştitakçıları üçün nə vəd etdiyini araşdırıb.

1. Xidmət müqavilə ilə çalışanlar üçün vergilərin hesablanması üçün yeni qaydalar

Vergi məcələsinə artıq qəbul edilmiş dəyişiklərlə VÖEN-i olan vətəndaşların sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlər sadələşdirilmiş vergi predmeti hesab edilməyəcək. Beləliklə növbəti ildən etibarən həmin şəxslər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaiyyəti göstərən şəxslər üzrə gəlir vergisi ödəyicisi hesab ediləcək. Nəzərə alsaq ki, Vergi Məcəlləsinin 101.3 maddəsi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üçün 20 faiz gəlir vergisi müəyyən edir, dəyişiklərə əsasən xidmət müqavilə ilə işləyənlər 2019-cu ilin əvvəlindən etibarən 20% vergi ödəyəcək. Lakin, bu zaman iki əsas məqama diqqət etmək lazımdır:

1. Vergi Məcəlləsinin 96-cı maddəsinin birinci bəndinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün xərcləri (Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ) arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

2. Yeni dəyişiklərə əsasən Məcəlləyə əlavə edilən 102.1.30 maddə mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlann sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizini vergidən azad edir.

Beləliklə yuxarıda qeyd edilən vergi ödəyicilərinin vergi borcu bu iki məqam nəzərə alınmaqla aşağıdakı düstur əsasında hesablanacaq.

Vergi öhdəliyi = (İllik gəlirlər – İllik xərclər) x 0.25 x 0.2

Qeyd edək ki, xüsusi ilə də aylıq əmək haqqı ödənişlərinin xidməti müqavilələrlə əvəzləndiyi əksər hallarda vergi ödəyicinin hər hansı xərci olmayacaq ki, nəticədə vergi öhdəliyi yuxarıdakı düstura uyğun olaraq lakin xərc maddəsində “sıfır manat” olmaqla aparılacaq. 
Başqa sözlə yuxarıda bəhs etdiyimiz 20% vergi dərəcəsi xidmət haqqının yerdə qalan 25%-lik hissəsinə tətbiq ediləcək. Nəticədə xidməti müqavilə ilə işləyənlərlərin böyük çoxluğu xidmət haqqının ümumilikdə 5%-i həcmində vergi ödəyəcəkdir. Hazırda isə bu qrupa daxil olan çalışanlar Bakı şəhərində sadələşdirilmiş vergi ödəyicisi statusu ilə xidmət haqqının 4%-i, digər şəhər və regionlarda və NM Respublikasında 2% vergi ödəyirdilər.

Müqayisə üçün:

Hazırda hesabına 500 manat məbləğində xidmət haqqı daxil olmuş çalışan Bakı şəhərində fəaliyyət göstərdiyi halda 20 manat, regionlarda fəaliyyət göstərdiyi halda isə 10 manat məbləğində sadələşdirilimiş vergi ödəyirdi. Növbəti ildə isə bu şəxslər fəaliyyət göstərdiyi yerdən asılı olmayaraq 25 manat vergi ödəyəcəklər. Beləki, paytaxda fəaliyyət göstərənlər aylıq vergi xərci 25%, regionlarda fəaliyyət göstərənlər üçün isə 1.5 dəfə artacaqdır. 
Qeyd: yuxarıdakı hesablamalar xərc maddəsi sıfır manat olduğu hal üçün hesablanmışdır.

Şərh:

Üstün tərəfləri:

Yuxarıda qeyd edilən kateqoriyaya daxil və faktiki mənfəəti olamayan şəxslər vergi ödəməyəcəklər. Hazırda isə sadələşdirilmiş vergi mexanizmi subyektin xalis gəlirini və yaxud mənfəətinin nəzərə almadan tətbiq edilir.

Zəif tərəfləri:

Yeni dəyişiklər göründüyü kimi vergi ödəyicisi olaraq qeydiyyata alınmış və xidməti müqavilə əsasında regionlarda (əmək haqqı alan, xərc maddəsi sıfır manat olan) işləyənlər üçün 3 faiz bəndi (mövcud 2 faizdən 5 faizə), Bakı şəhərində işləyənlər üçün isə 1 faiz bəndi (mövcud 4 faizdən 5 faizə) artacaqdır.

Digər kateqoriyaya daxil olan, yəni xərc maddəsi sıfır manat olmayan sahibkarlıq subyektləri üçün isə mühasibatlıq işləri ciddi səviyyədə artacaqdır.

2. İcbari dövlət sosial sığortası (dsmf) üzrə yeniliklər

“Sosial sığorta haqqında” qanunun 14-cü naddəsinin yeni redaksiyası zamanı əlavə edilən 14.5.2. bəndinə əsasən 2019-cu ilin əvvəlindən etibarən sahibkarlıq fəaliyyəti göstərənlər üçün məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əmək haqqının 25 faizi miqdarında olacaqdır.
Qeyd edək ki, hazırda bu kateqoriyaya daxil olan şəxslər üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əmək haqqının 20%-i miqdarındadır.

Müqayisə üçün:

Hazırda gəlirin səviyyəsindən asılı olmayaraq sahibkarlıq (tikinti və ticarət sektoru xaric) fəaliyyəti ilə məşğul olan şəxslərin dsmf ödənişi maksimum 26 manat (regionlar üzrə müvafiq göstərici dəyişir) olduğu halda yeni ildən minimum orta aylıq əmək haqqı dəyişmədiyi təqdirdə 32.5 manat olacaqdır. Beləliklə qeyd edilən kateqoriyaya daxil olan şəxslərin dsmf xərcləri ümumilkdə 25% artacaqdır.

Şərh:

Qeyd edək ki, qanunvericiliyə edilən dəyişiklər əmək bazarının iştirakçıları arasında diskriminasiyanı aradan qaldırmayıb. Müxtəlif sosial qruplar üzrə dsmf ödənişi üzrə kəskin fərqin olması sosial müdafiə mexanizmlərinin, xüsusi ilə də pensiya sisteminin maliyyə təminatını zəiflədir, əmək bazarının leqallaşması və vətəndaşların əmək hüquqlarının təmin edilməsi baxımından ciddi çətinliklərə səbəb olur. Məsələn 1000 manatlıq əmək haqqı fondu üçün müvafiq ödəniş 25% (22% (işəgötürən) və 3 faiz (işçi)) olmaqla ümumilikdə 250 manat olduğu halda xidməti müqavilə ilə 1000 manat üçün dsmf ödənişi 26 manat (yeni ildən 32.5 manat) və bəzi hallarda isə daha azdır. Göründüyü kimi arada çox ciddi fərq var.

Eyni zamanda mülki hüquqi müqavilə əsasında çalışanların mdsf ödənişi ilə onun real gəlirləri arasında heç korelyasiya yoxdur. Yuxarıda göstərilən cədvəldən də göründüyü kimi, 500 manat və 1000 manat xidmət haqqı alan vətəndaş bərabər məbləğdə dsmf ödənişi həyata keçirir.

Qanunvericiliyə dəyişiklərin edilməsi zamaı yuxarıda sadalanan çatışmazlıqların aradan qaldırılması və xüsusi ilə gəlirlər ilə dsmf ödənişi arasında korelayasiyanın müəyyən edilməsi məqsədəuyğun idi.

Son olaraq qeyd edək ki, qanunvericiliyə edilən dəyişiklər nəticəsində xidməti müqavilə ilə çalışaların (VÖEN almış və sahibkar hesab edilən şəxslər) məcburi dövlət sosial sığorta və vergi öhdəlikləri cari məbləğlə müqayisədə 25% artacaqdır.

 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA (Müəllif: sərbəst auditor Altay Cəfərov)

Mühasiblərin stolüstü kitabı: - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA

“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.

Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

(əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər