Aydın Kərimov Vergi Məcəlləsinə ediləcək dəyişiklikdən narazıdır: "...Bunun bir sonu olacaqmı"
Tanınmış mühasib, "Mühasibat uçotu və vergilər" kitabın müəllifi Aydın Kərimov Vergi Məcəlləsinə olacaq dəyişikliklərlə bağlı öz fikrini bildirib: " Vergi Məcəlləsində xeyli dəyişiklik olacaq. İndi hamı bunu müzakirə edir. Fakt odur ki, məcəllənin qəbul olunduğu vaxtdan (2019-cu ilin yanvarın 1-dən azaldılan əmək haqqından tutulan gəlir vergisi və sadələşdirilmiş vergi istisna olmaqla) bütün dəyişikliklər vergi ödəyicisinin ziyanına olub. Aksiz vergisi və cərimələr arta-arta gedir. Bunun bir sonu olacaqmı. Kiçik sahibkarlar üçün nəzərdə tutulan sadələışdirilmiş vergini o qədər dəyişiblər ki, indi ən mürəkkəb vergiyə dönüb."
"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.
Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA
Mühasiblərin stolüstü kitabı: - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın