Prezidentə müraciət! Vergi Məcəlləsinin əmək haqqından gəlir vergisi ilə bağlı NARAZILIQ

Prezidentə müraciət! Vergi Məcəlləsinin əmək haqqından gəlir vergisi ilə bağlı NARAZILIQ

Vergi eksperti Vəli Əliyev bununla bağlı ölkə başçısına, parlamentə, hökumətə və əlaqədar qurumlara ünvanladığı müraciətdə Məcəlləyə təklif olunan bəzi dəyişikliklərlə bağlı ekspertizanın təşkil edilməsini xahiş edib.

​Müraciətdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Surəti:Azərbaycan Respublikasının Milli Məclisinə
Surəti:Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
Surəti: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə
Surəti: Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
Surəti: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə
Surəti: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə
Surəti: Azərbaycan Respublikasının Vergilər Nazirliyinə

 Mövzu: Hüquqi ekspertizanın aparılması barədə


Məlum olduğu kimi Milli Məclisdə Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi barədə Qanun layihəsi müzakirə olunur. Qanun layihəsində bir sıra müddəalar var ki, həmin müddəalar hesab edirəm ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin I və III hissələrinə uyğun deyil və vətəndaşların bərabərlik prinsipini pozur.  Vergi Məcəlləsinə təklif olunan dəyişiklik qüvvəyə minərsə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərinə 2019-cu il yanvarın 1-dən 7 il müddətində güzəşt tətbiq edilir. Qeyd olunan maddəyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin 8000 manata qədər olan gəlirləri vergidən azad olunur.

Bərabərlik prinsipinin pozulmasını aşağıdakı misalda izah edirəm.

Hər birinin əmək haqqısı 1000 manat olan iki tarix müəllim təsəvvür edək. Onlardan biri büdcədən maliyyələşən orta məktəbdə, digəri isə özəl məktəbdə işləyir. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik qüvvəyə minərsə büdcədən maliyyələşən orta məktəb müəllimindən 112 manat gəlir vergisi tutulacaq. Özəl məktəbin müəllimindən isə hər hansı vergi tutulmayacaq. İcbari ödənişləri də nəzərə alsaq büdcədən maliyyələşən orta məktəb müəllimindən əlavə olaraq 3% sosial sığorta haqqı (30 manat), 0.5% isə işsizlikdən sığorta haqqı (5 manat) tutulacaq. Orta məktəb müəlliminin əmək haqqından ümumilikdə 147 (112+60+5) manat vergi və icbari ödənişlər tutulduğdan sonra 853 manat əmək haqqı əldə edəcək. Lakin özəl məktəbin müəllimindən isə 200 manat əmək haqqı hissəsindən 3% (6 manat), 800 manat əmək haqqı hissəsindən 10% (80 manat) sosial sığorta haqqı, 0.5% isə işsizlikdən sığorta haqqı (5 manat) tutulacaq. Özəl məktəbin müəlliminin əmək haqqından ümumilikdə 91 (6+80+5) manat vergi və icbari ödənişlər tutulduğdan sonra 909 manat əmək haqqı əldə edəcək. Tutulmalardan sonra qalan məbləği müqaisə etsək 56 (909-853) manat özəl məktəbin müəllimi daha çox əmək haqqı əldə edəcək. Büdcədən maliyyələşən orta məktəb müəlliminin günahı nədir ki, gördükləri iş və hesablanan əmək haqqı məbləği eyni olduğu halda özəl məktəbin müəllimindən daha az məvacib alacaq? Qanunvericiliyə təklif olunan dəyişiklik büdcədən maliyyələşən məktəbin müəlliminə digər müəllimlə müqaisədə ədalətsiz yanaşır. Bu ədalətsiz yanaşma bütün peşə sahiblərinə aiddir və Qanun layihəsində bərabərlik prinsipi pozulur.

"Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı: - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA

“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.

Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

(əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

1 Komment

  1. Faig 20 Noyabr 2018

    Orada hesablama duz qeyd edilib, amma metn sehvdir, beleki (112+60+5) yox 112+30+5 yazilmalidir.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər